Magistraturaya qəbulda zəif nəticə göstərən Universitetlər

Magistratura səviyyəsində dövlət sifarişi üzrə qəbul nəticələrinə dair göstəricilər açıqlanıb.

Modern.az xəbər verir ki, AzEdu.az 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəli nəşrini araşdırıb. Məlumata əsasən, dövlət ali təhsil müəssisələri arasında dövlət sifarişi ilə tələbə qəbulunda ən zəif nəticə Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Texnologiya Universitetində qeydə alınıb. Bu ali məktəblərdə dövlət sifarişi üzrə ayrılan yerlərə qəbul faizi 20 faizdən aşağı olub. Naxçıvan Müəllimlər İnstitutuna isə ümumiyyətlə qəbul qeydə alınmayıb.

Özəl ali təhsil müəssisələri- Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Xəzər Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Qızlar Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasıda dövlət sifarişi üzrə magistratura qəbulunda iştirak edib.Məlumata görə, özəl universitetlər ümumilikdə 1341 tələbəni dövlət sifarişi hesabına qəbul etmək imkanına malik olub. Bu yerlərin 138-i birbaşa özəl ali məktəblərin inhisarında olan yerlər olub.

Qəbul imtahanlarında yüksək nəticə göstərən 150 bakalavr müsabiqə nəticəsində öz istəyi ilə müxtəlif özəl ali təhsil müəssisələrini seçib. Onlardan 66 nəfər (44 faiz) Xəzər Universitetini, 27 nəfər (18 faiz) Qərbi Kaspi Universitetini, 24 nəfər (16 faiz) isə Odlar Yurdu Universitetini seçib.

Göstəricilər Bakı Qızlar Universiteti və Bakı Avrasiya Universitetinin yüksək nəticəli bakalavrlar arasında ciddi üstünlük qazana bilmədiyini də ortaya qoyub. Qeyd edilib ki, dövlət hesabına təhsil almaq hüququ qazanan bakalavrların heç biri bu universitetləri seçməyib.


Mənbə: Modern.az

Bir cavab yazın