Bakının bu rayonlarında içməli su kəsiləcək
Bakının Nərimanov, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-ü günorta saatlarınadək içməli suyun verilməsində fasilə yaranacaq.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Mətbuat xidməti məlumat yayıb.
ADSEA-dan bildirilib ki, fasilə su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması məqsədilə aparılan təmir-bərpa işləri ilə əlaqədardır.
“İşlər başa çatdırıldıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq. ADSEA yaranan müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib”,- deyə qeyd edilib.
Mənbə: Modern.az
