Kiyevdə matəm elan edildi
Rusiyanın paytaxt Kiyevə həyata keçirdiyi ən irimiqyaslı hücum nəticəsində həlak olanların xatirəsinə iyulun 4-ü şəhərdə matəm günü elan edilib.
Modern.az xəbər verir ki, bu barədə Kiyev şəhər rəhbərliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində azı 13 nəfər həyatını itirib, 86 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, şəhər üzrə ümumilikdə 28 ünvanda dağıntılar qeydə alınıb. Zərər görən obyektlərin böyük hissəsini yaşayış binaları və mülki infrastruktur təşkil edir.
Xilasetmə və bərpa işləri davam etdirilir. Şəhər rəhbərliyi həlak olanların xatirəsinə iyulun 4-ü Kiyevdə matəm günü elan olunduğunu açıqlayıb.



Mənbə: Modern.az
