Diqqət: bu yollarda sıxlıq var
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Modern.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edib:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində.
Mənbə: Modern.az
