“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq olunub
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq olunub.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd olunur ki, informasiya sistemi ölkənin ərzaq təminatı sahəsində mövcud vəziyyətin müəyyən edilməsini, bunun əsasında qərarların qəbul edilməsi üçün etibarlı və dayanıqlı informasiyanın yaradılmasını, toplanmasını, işlənməsini, saxlanmasını, axtarışını və məlumatlara əlçatanlıq səviyyəsinin artırılmasını təmin edir.
Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların informasiya sistemindən istifadəsi onların informasiya ehtiyatları və sistemləri
Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Qanununa uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin olunacaq.
Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin informasiya sistemindən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin ediləcək. Bu halda qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsi tərəfindən dövlət informasiya ehtiyatlarında və sistemlərində qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq informasiya sistemindən istifadə edəcəklər.
Mənbə: Oxu.az