Hava məkanında çox yüngül uçuş aparatları ilə bağlı hüquqi baza yaradılacaq

0

Azərbaycanda çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Aviasiya haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Qeyd olunur ki, qanun layihəsi “Çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydaları”nın qəbul edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More