“Qarabağ”da gözlənilməz ayrılıq! (ÖZƏL)
“Qarabağ” daha bir futbolçu ilə yolları ayırır.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Şahruddin Məhəmmədəliyevdən gedir. Təcrübəli qolkiperin Ağdam təmsilçisində ayrılacağı bildirilir.
Azərbaycan millisinin üzvünün yaxın vaxtda “Qarabağ”dan getdiyi rəsmən açıqlanacaq. 32 yaşlı oyunçunun “köhlən atlar”la müqaviləsi yayda başa çatıb.
O, ötən mövsüm “Qarabağ”ın heyətində 6 oyun keçirib.
Mənbə: İdmanxeber.az