“Qarabağ”ın legioneri təkliflərlə bağlı qərarını verib – Qurbanov belə istəyib

0

“Qarabağ”ın daha bir futbolçusuna təklifər var.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət komandanın müdafiəçisi Mateus Silvadan gedir. İddia edilir ki, braziliyalı oyunçuya ölkəsindən ciddi maraq var.

Oyunçuya “Qremio” və “Botafoqo”nun Silvanın xidmətində maraqlı olduğu bildirilir.

Ancaq futbolçu Ağdam təmsilçisindən ayrılmayacaq. Baş məşqçi Qurban Qurbanovun komandada qalmasını istədiyi oyunçunun sözləşməsinin sonuna qədər “köhlən atlar”ın formasını geyinəcəyi gözlənilir.

Xatırladaq ki, 28 yaşlı müdafiəçi 2023-cü ildən komandada çıxış edir. Onun klubla müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.

Mənbə: İdmanxeber.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More