“Barselona” Romeronu istəyir – Danışıqlar davam edir
“Barselona” “Tottenhem”in argentinalı müdafiəçisi Kristian Romeronu əsas transfer hədəflərindən biri hesab edir.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin yaxın günlərdə rəsmi təklif göndərə biləcəyi iddia olunur. London klubu isə futbolçunu asanlıqla buraxmaq niyyətində deyil. Danışıqların davam etdiyi bildirilir.
Romero ötən mövsüm 39 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə çıxış edib.
Mənbə: İdmanxeber.az