Dias karyerasını MLS-də davam etdirəcək
ABŞ-ın “Atlanta Yunayted” klubu heyətini təcrübəli müdafiəçi Paulo Diasla gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Çili millisinin üzvü “River Pleyt”lə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi “Atlanta Yunayted”ə keçib. Tərəflər 2028-ci ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıblar və anlaşmada daha iki illik uzatma opsiyası da yer alıb.
Klub rəhbərliyi 31 yaşlı futbolçunun təcrübəsinin müdafiə xəttinə ciddi töhfə verəcəyinə inanır.
Paulo Dias ötən mövsüm “River Pleyt”in heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mənbə: İdmanxeber.az