“Apple” dünyanın ən böyük kapitallaşmaya malik şirkəti olub

0

ABŞ-nin “Apple” şirkəti bazar kapitallaşmasına görə “Nvidia” şirkətini geridə qoyaraq dünyanın ən bahalı şirkəti olub.

Oxu.Az xəbər verir ki, bu barədə birja ticarətinin məlumatları göstərir.

Bakı vaxtı ilə saat 17:42-yə olan məlumata görə, “Apple”ın səhmləri “Nasdaq” birjasında 0.23% bahalaşaraq bir səhm üçün 334.03 dollar səviyyəsinə çatıb.

Bununla da şirkətin bazar kapitallaşması 4.9 trilyon dollar təşkil edib. Kapitallaşmaya görə ilk üçlükdə, həmçinin “Nvidia” (4.83 trilyon dollar) və “Google” şirkətinin sahibi “Alphabet” (4.19 trilyon dollar) yer alıb.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More