Rusiya Mərkəzi Bankının qızıl ehtiyatları 2020-ci ilin fevral ayından bəri minimuma enib
2026-cı il iyulun 1-nə olan vəziyyətə görə, Rusiya Bankının qızıl ehtiyatları 73.4 milyon troy unsiyası təşkil edib ki, bu da 2020-ci ilin fevral ayından bəri ən aşağı göstəricidir.
Oxu.Az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə tənzimləyici qurumun dərc etdiyi hesabatda bildirilir.
İki ay ərzində – may və iyun aylarında qızıl ehtiyatı yarım milyon unsiya azalıb: mayın 1-dəki 73.9 milyondan iyulun 1-də 73.4 milyona enib. İyun ayında azalma 300 000 unsiya təşkil edib ki, bu da 2026-cı il boyunca ehtiyatların azalması meylinə uyğundur. Dünya Qızıl Şurasının (World Gold Council) məlumatına əsasən, ilin əvvəlindən Mərkəzi Bank 34 ton qızıl realizə edib (o cümlədən may ayında 6 ton) və bu göstərici ilə Rusiya dünya mərkəzi bankları arasında satış həcminə görə lider olub.
Eyni zamanda, dünya mərkəzi bankları may ayında öz ehtiyatlarını 41 ton artırdıqları halda, Rusiya tənzimləyicisi qiymətli metaldan imtina etməyə davam edərək ümumi ehtiyat həcmini 2 292 tona endirib.
Qeyd: Troy unsiyası zərgərlik və bank işində qiymətli metalların çəkisini ölçmək üçün istifadə olunan əsas kütlə vahididir. O, 31.1034768 qrama bərabərdir.
Mənbə: Oxu.az