Maaş və pensiya kartları ilə bağlı YENİLİK

0

Azərbaycan Mərkəzi Bankı maaş və pensiya kartları bazarında rəqabətin artırılması istiqamətində yeni mexanizmlər hazırlayır.

Oxu.Az verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov APA İnformasiya Agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq ediləcək.

“Hal-hazırda texniki işlər görülür. Bu da rəqabətliliyin artırılmasına əminəm ki, təkan verəcək”, – deyə Mərkəzi Bankın sədri əlavə edib.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More