“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” – Abituriyentlərin nəzərinə!

0

Dövlət İmtahan Mərkəzi (DİM) I, II, III və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

Modern.az xəbər verir ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I, II, III və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib. 

V ixtisas qrupu üzrə müsabiqədə iştirak edəcək abituriyentlər üçün müvafiq jurnal sabah gün ərzində nəşr olunacaq.

Kitabçaları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. //abiturient.az/wolt

Kitabçaları elektron versiyasını (PDF formatda) www abiturient.az saytında əldə etmək olar.

Xatırladaq ki, bu gündən universitetlərə qəbul olmaq üçün ixtisas seçiminə başlanılıb.

İxtisas seçimi 12-19 avqust tarixlərində aparılacaq.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More