Naxçıvanın nəqliyyatı yenilənir – 53 milyon manat ayrıldı

0

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, eləcə də abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, Sərəncama əsasən, şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi məqsədilə ilkin mərhələdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 53 milyon manat ayrılıb.

Vəsait dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair nəzərdə tutulmuş vəsait hesabına ayrılacaq.

Sənədin icrası ilə bağlı digər məsələlər də Sərəncamda öz əksini tapıb.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More