Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib

0

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, altı vaqondan ibarət, çəkisi 420 ton olan buğda ötən gün “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 40 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 min ton taxta göndərilib.

Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More