Azərbaycanda DÖVLƏT BORCUNUN həcmi bilindi
2026-cı il avqust ayının 1-i vəziyyətinə ölkənin xarici dövlət borcu 4 milyard 590.8 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsinə istinadən məlumat verilib.
Bildirilib ki, ölkənin xarici dövlət borcu əvvəlki ilin eyni dövrünə nisbətən 7.5 faiz azalıb.
Ölkənin strateji valyuta ehtiyatları 2026-cı il avqust ayının 1-nə 86 milyard 814.9 milyon ABŞ dollarına çatıb və xarici dövlət borcunu 18.9 dəfə üstələyib.
Mənbə: Oxu.az