Ceki Çana Bakıda qeyri-adi hədiyyə – FOTO + VİDEO

0

Bakıda çəkilişləri başa çatan Hollivud ulduzu Ceki Çanın Azərbaycanla bağlı paylaşımları davam edir.

Modern.az xəbər verir ki, Ceki Çan bu dəfə öz sosial şəbəkə hesabında Bakıda ona hədiyyə edilən nərd taxtasının görüntülərini paylaşıb. Aktyor hədiyyə nərd taxtasını açarkən təəccübünü gizlədə bilməyib.

Qeyd edək ki, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filminin bəzi səhnələri Azərbaycanda lentə alınıb.

 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More