Ali məktəbələrə qəbul olunanların siyahısı bu tarixdə açıqlanacaq – DİM
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.
Modern.az xəbər verir ki, 19 avqust saat 23:59-dan etibarən ərizələrin onlayn qəbulu dayandırılıb.
19 avqust saat 17:35-ə olan məlumata əsasən, 84487 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib.
Bəs ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin nəticələri nə vaxt açıqlanacaq?
Modern.az-ın Dövlət İmtahan Mərkəzinə (DİM) ünvanladığı suala belə cavab verilib:
“Nəticələr növbəti həftə ərzində elan olunacaq”.
Mənbə: Modern.az