Azərbaycan-Rusiya sərhədindəki keçid məntəqəsində DƏYİŞİKLİK

0

Rusiyanın Dağıstan Respublikasında Azərbaycanla sərhəddə yerləşən “Tahirkənd-Qazmalar” buraxılış məntəqəsinin yenidən qurulması layihəsi təsdiqlənib.

Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yenidənqurmadan sonra məntəqənin buraxılış qabiliyyəti dörd dəfə artırılaraq sutkada 600-dən 2.3 min nəqliyyat vasitəsinə çatdırılacaq. Hərəkət zolaqlarının sayı isə 8-dən 20-yə yüksəldiləcək.

Qeyd olunur ki, ərazidə 99 yeni bina və qurğu tikiləcək, həmçinin müasir avadanlıqlar quraşdırılacaq. Bu, yük avtomobillərinə baxış müddətinin 10 dəqiqəyədək azaldılmasına imkan verəcək.

Bu buraxılış məntəqəsindən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi keçir. Burada yük daşımaları 29 aprel 2022-ci ildən həyata keçirilir və hazırda məntəqədən gündəlik orta hesabla 230 yük avtomobili keçir.

Məntəqənin yenidən qurulmasına 2022-ci ildə başlanılıb.

“Tahirкənd-Qazmalar” keçid məntəqəsinin yenidən qurulmasının 2028-ci ilin dördüncü rübündə başa çatdırılması planlaşdırılır.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More