Tələbə adını qazanan şəhid övladları

0

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələrinin açıqlanması bir çox şəhid ailəsində də sevincə səbəb olub. Torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərin övladları yüksək təhsil pilləsinə qədəm qoyaraq tələbə adını qazanıblar.

Modern.az tələbə adını qazanan şəhid övladlarını təqdim edir:

Vətən müharibəsi şəhidi, leytenant Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyeva Azərbaycan Tibb Universitetinə qəbul olub. Göygöl Rayon Texniki və Təbiət Fənləri Təmayüllü Liseyinin məzunu olan Ayan Niftəliyeva IV ixtisas qrupu üzrə qəbul imtahanında 676 bal toplayıb. O, yüksək nəticə ilə Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olmaq hüququ qazanıb.

Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Ruslan Tağıyevin oğlu Fuad Tağızadə Bakı Slavyan Universitetinə qəbul olaraq tələbə adını qazanıb. Ruslan Tağıyev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, 2020-ci il noyabrın 4-də Laçın rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun qızı Zəhra Xəlilzadə Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər ixtisasına qəbul olub. Qeyd edək ki, polkovnik-leytenant Vidadi Xəlilov 44 günlük Vətən müharibəsində iştirak edib. O, 2020-ci il oktyabrın 30-da Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

Vətən müharibəsi şəhidi Sənan Zamanovun qızı Fidan Zamanova da Bakı Dövlət Universitetinin (BDU) Dövlət və ictimai münasibətlər ixtisasına qəbul olub. Qeyd edək ki, Sənan Zamanov 44 günlük Vətən müharibəsində şəhid olub.

Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Babək Ramaldanovun oğlu Ramaldan Ramaldanov ali məktəbə qəbul olunaraq tələbə adını qazanlar sırasındadır.

Vətən müharibəsinin şəhidi İlkin Əhədzadənin qızı Fidan ADA Universitetinə qəbul olub.

 

 

 

 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More