Aktual Bu gün, 07:59 Dünyada ən çox yayılan dinlər – MARAQLI
2026-cı il üçün aparılan təxmini hesablamalara əsasən, dünyada ən çox yayılan din xristianlıqdır.
Modern.az xəbər verir ki, dünyada təxminən 2,67 milyard xristian yaşayır. İslam dininə etiqad edənlərin sayı isə 2,11 milyard nəfər civarındadır.
Hinduizm dünyada ən çox yayılan üçüncü din olaraq göstərilir. Bu dinin təxminən 1,15 milyard ardıcılı var. Buddistlərin sayı isə 536 milyon nəfərdir.
Çin xalq inanclarına etiqad edənlərin sayının təxminən 449 milyon, etnik dinlərin ardıcıllarının isə 309 milyon olduğu bildirilir. Sıralamada sikxizm təxminən 31 milyon, yəhudilik isə 15,8 milyon nəfərlə yer alır.
Bundan başqa, dünyada təxminən 912 milyon insan özünü heç bir dinə aid etmir.
Məlumatda qeyd olunur ki, Mormonların sayı təxminən 17,9 milyon nəfərdir. Lakin qlobal statistikada Mormonlar əksər hallarda xristianların ümumi sayına daxil edilir.
Mənbə: Modern.az