İki avtomobil nəhəngi Rusiya bazarına QAYIDIR

0

“Kia” və “Hyundai” Rusiya avtomobil bazarına ilk qayıdan şirkətlər ola bilər.

Modern.az xəbər verir ki, bu barədə “Avtostat”ın direktoru Sergey Tselikov TASS-a müsahibəsində bildirib.

O qeyd edib ki, geosiyasi vəziyyət normallaşacağı və sanksiyalar yumşaldılacağı təqdirdə “Kia” və “Hyundai” Rusiya avtomobil bazarına ilk qayıdan şirkətlər arasında ola bilər.

Onun sözlərinə görə, bəzi avtomobil istehsalçıları isə ümumiyyətlə Rusiya bazarına qayıtmaya bilər. Onların arasında “Renault” və “Nissan” da var. Tselikov qeyd edib ki, “Mercedes” və “Volkswagen” də Rusiya bazarından demək olar ki, geri dönməyəcək şəkildə çıxıblar.

Qeyd edək ki, sözügedən avtomobil nəhəngləri Rusiya bazarından tam çıxmasalar da Rusiyadakı istehsal və satış fəaliyyətlərini faktiki olaraq 2022-ci ildən dayandırıblar. “Hyundai” 2022-ci ilin martında Rusiyadakı istehsalını dayandırıb,. 2023-cü ilin dekabrında isə Sankt-Peterburqdakı zavodunu Rusiyanın Art-Finance şirkətinə satıb.

“Kia” isə 2022-ci ildən Rusiyadakı fəaliyyətini və istehsalını dayandırıb. Onun da Sankt-Peterburqdakı zavodu sonradan satılıb.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More