Dünyada COVID-19-dan 22 milyondan çox insan ölüb

2020-ci ildən 2023-cü ilə qədər qlobal miqyasda COVID-19-dan ölüm halları rəsmi olaraq qeydə alınan ölüm sayından üç dəfə çox olmaqla 22,1 milyon nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2026-cı il hesabatında deyilir.

“2020-ci ildən 2023-cü ilə qədər dünyada COVID-19 pandemiyası ilə əlaqəli 22,1 milyon ölüm halı qeydə alınıb ki, bu da rəsmi olaraq qeydə alınan 7 milyon ölüm halından təxminən üç dəfə çoxdur. Ən yüksək ölüm nisbəti 10,4 milyon ilə 2021-ci ildə koronavirusun daha ölümcül variantlarının ortaya çıxması və səhiyyə sistemlərinə artan yük səbəbindən qeydə alınıb. Bütün dövr ərzində kişilər arasında ölüm halları qadınlara nisbətən daha yüksək olub. 2021-ci ildə kişilərin ölüm nisbəti qadınlara nisbətən təxminən 50% yüksək olub. 

COVID-19 ilə bağlı fövqəladə vəziyyəti 2020-ci il yanvarın sonundan 5 may 2023-cü il tarixinə qədər qüvvədə olub. 13 may 2026-cı il tarixinə dünyada 779 milyondan çox koronavirus infeksiyası və 7,1 milyondan çox ölüm hadisəsi qeydə alınıb”, – hesabatda deyilir.


Mənbə: Modern.az

Bir cavab yazın