Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

0

Azərbaycan müəllimləri süni intellektdən ən çox istifadə edənlər sırasındadır.

Modern.az xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib.

“Azərbaycan dünyada birinci yerdə deyil, lakin yuxarı sıralarda qərarlaşıb. Azərbaycan müəllimləri süni intellektdən kifayət qədər geniş istifadə edirlər. Xüsusilə dərslərin planlaşdırılması və hazırlanması prosesində bu alətlərdən aktiv yararlanırlar”, – o qeyd edib.

Vüsal Xanlarovun sözlərinə görə, gələn ildən müəllimlərin illik plan və icmallar hazırlamaq öhdəliyinin aradan qaldırılması nəzərdə tutulur.

“İstəyirik ki, müəllim növbəti ildən etibarən illik planı, icmalı yazmasın. Müəllim vaxtını bu sənədlərin hazırlanmasına deyil, il ərzində hər bir dərsə necə hazırlaşacağına sərf etsin”, – idarə rəisi vurğulayıb (APA).


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More