34 yaşlı futbolçu İngiltərə klubu ilə anlaşdı
İngiltərənin “Sanderlend” klubu heyətini təcrübəli müdafiəçi Tomas Menye ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı belçikalı futbolçu azad agent statusunda Premyer Liqa təmsilçisinə keçib. Onunla 2 illik müqavilə imzalanıb. Menye son olaraq Fransanın “Lill” klubunda çıxış edirdi.
Təcrübəli sağ cinah müdafiəçisi karyerası ərzində “Brügge”, PSJ, “Borussiya” (Dortmund) və “Lill” kimi klubların formasını geyinib.
O, Belçika millisində 83 oyun keçirib və 8 qol vurub. Klub səviyyəsində isə UEFA Çempionlar Liqasında 43, Avropa Liqasında isə 33 matç təcrübəsinə malikdir.
Mənbə: İdmanxeber.az