Nepalda ölən və itkin düşənlər arasında Azərbaycan vətəndaşları var? – Rəsmi cavab
Nepal-Çin sərhədində baş verən daşqınlarda ölən, yaralanan və itkin düşənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə bir məlumat daxil olmayıb.
Modern.az xəbər verir ki, bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
Qeyd edək ki, Nepalda baş verən güclü sel nəticəsində ölənlərin sayı 150-ni ötüb, 570-dən çox insan itkin düşüb. Ümumilikdə, itkin düşənlərin siyahısında 579 nəfər var. Belə ki, 28 ölkədən 466 əcnəbi və 113 Nepal vətəndaşı itkin düşüb.
Mənbə: Modern.az