Virus, yoxsa ZƏHƏRLƏNMƏ? – Necə ayırmaq lazımdır?
Qusma, ishal, qarın ağrısı və halsızlıq kimi əlamətlər həm qida zəhərlənməsi, həm də virus infeksiyaları zamanı ortaya çıxa bilər və bu səbəbdən onları yalnız simptomlara əsasən ayırmaq həmişə mümkün olmur. Xüsusilə yay aylarında bu əlamətlərlə bağlı müraciətlərin artması vətəndaşların ilkin fərqləndirmə barədə məlumatlı olmasını vacib edir.
Bəs, əlamətlərin nə qədər müddət sonra başlaması, xəstəliyin davametmə müddəti və digər müşayiətedici simptomlar qida zəhərlənməsi ilə virus infeksiyasını fərqləndirməyə nə dərəcədə kömək edir və hansı hallarda mütləq həkimə müraciət olunmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, ümumiyyətlə, öskürək, ishal və qarın ağrısı kimi şikayətlər çoxsaylı xəstəliklərin əlaməti ola bilər.
“Bunları insanın özü fərqləndirməsi mümkün deyil, diaqnozu həkim müəyyənləşdirir. Konkret diaqnozun qoyulması üçün klinik protokollar və müvafiq yol xəritələri mövcuddur və həkim beynəlxalq prinsiplərə əsaslanaraq xəstənin vəziyyətini qiymətləndirir. Ona görə də insanın öz şikayətinə əsasən xəstəliyi müəyyənləşdirməsi və buna uyğun dərman qəbul etməsi qətiyyən yolverilməzdir. Qarın boşluğunda səbəbsiz ağrılar və ishal müxtəlif xəstəliklərdən, o cümlədən xoralı kolit və Kron xəstəliyindən qaynaqlana bilər. Bunun səbəbini yalnız həkim müayinədən sonra müəyyən edə bilər. Bu səbəbdən hər hansı ciddi və davamlı şikayət müşahidə olunursa, mütləq həkimə müraciət edilməli və diaqnoz mütəxəssis tərəfindən qoyulmalıdır”.
Röyalə Xəyal
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bir qaşıqla mədə yanmasını unudun- Bağırsaq sağlamlığı üçün sous resepti
Adi tərəvəz sousu bir sadə inqrediyent – kətan toxumu əlavə etməklə həm daha dadlı, həm də bir qədər faydalı ola bilər. Kətan toxumu həzm sisteminə müsbət təsir göstərir, yeməklərə lif, bitki mənşəli omeqa-3 yağ turşuları və liqnanlar əlavə edir. Bizim.Media xəbər verir ki, bu resept üzrə hazırlana
23 avqust

Ürəyiniz üçün portağal yeyin
Portağal həm dadlı, həm də sağlamlıq baxımından olduqca qiymətli sitrus meyvəsidir. Xüsusilə beyin və ürək sağlamlığının qorunmasında mühüm rol oynayan qida maddələri ilə zəngindir. xəbər verir ki, gün ərzində bir dəfə yemək sağlamlığınıza müsbət təsir edə bilər. Mütəxəssislər bildirir ki, bu sitru
24 avqust

Fizioterapiyanın əks-göstərişləri hansılardır? – VİDEO
Baku TV-nin “Baku Med” verilişinin yeni buraxılışında fizioterapiya barədə müzakirə aparılıb. Xroniki ağrılarda fizioterapiya nə qədər effektlidir?. Üz siniri iflicində fizioterapiya nə vaxt təyin olunur?. Skoliozun müalicəsində fizioterapiya effektlidir?. Fizioterapiyanın əks-göstərişlər
23 avqust

Ən zərərli meyvə və giləmeyvələrin adları – Açıqlandı
Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib. “Qafqazinfo” xəbər verir ki, mütəxəssis onların sağlamlıq üçün zərərli ola biləcəyini vurğulayıb. “Banan təmiz fruktozadan ibarətdir. Yetişmiş bi
19 avqust

Həkimdən HƏYƏCAN TƏBİLİ: Bağırsaq xərçəngi gəncləşir
Azərbaycanda bağırsaq xərçəngi ilə mübarizədə ən böyük problem təkcə gec diaqnoz deyil. Bunun arxasında maarifləndirmənin kifayət qədər olmaması, insanların ilk simptomları ciddiyə almaması, həkimə gec müraciət etməsi və sosial məsuliyyətin aşağı olması dayanır. Son illər dünyada həkimləri və alimlər
23 avqust

Diyetoloqlar 50 yaşdan sonra əzələlər üçün vacib qida maddəsini açıqladı
50 yaşdan sonra əzələ kütləsini və gücünü qorumaq üçün yalnız kifayət qədər zülal qəbul etmək kifayət deyil. Diyetoloqların fikrincə, bu dövrdə D vitamini də mühüm rol oynayır. O, əzələ toxumasının formalaşması və bərpasında, əzələlərin normal fəaliyyətində və fiziki yüklənmədən sonra bərpa prosesind
24 avqust

Bəzi orqanlarımız daha tez yaşlanırmış
Avstriya Elmlər Akademiyası ilə əlaqəli CeMM Molekulyar Tibb Tədqiqat Mərkəzi və Vyana Universitetinin alimləri insan orqanlarının eyni sürətlə qocalmadığını müəyyən ediblər. “Qafqazinfo” xəbər verir ki, araşdırmanın nəticələri “Nature Medicine” jurnalında dərc olunub. Tədqiqatçıla
26 avqust

Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
Avokado sağlam yağları və lifləri ilə tanınır, lakin omeqa-3 baxımından zəngin qida sayılmır. Mütəxəssislər onun omeqa-3 mənbələri ilə birlikdə qəbul edilməsini tövsiyə edirlər. -a istinadla xəbər verir ki, bunun üçün gündəlik qidalanmaya 4 sadə qida əlavə etmək olar:. Somon – avokado ilə salat və y
20 avqust

5-dən çox yuxu pozğunluğu simptomu insult riskini kəskin artırır
Yuxu problemləri insult riskini 16% artırır. -a istinadən xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. O qeyd edib ki, insult ciddi və həyati təhlükə yaradan təcili vəziyyətdir:. “Bu
2 avqust
Mənbə: Sonxeber.az