Elektron reseptlər nə qədər effektiv olacaq?

0

Elektron resept sisteminin tətbiqi dərmanların təyinatı və istifadəsinə nəzarətin gücləndirilməsi baxımından mühüm dəyişiklikdir. Sistemin düzgün işləməsi həm həkimin təyin etdiyi preparatlar barədə məlumatların elektron şəkildə izlənməsinə, həm də pasiyentin eyni və ya oxşar təsirli dərmanları lazımsız yerə almasının qarşısının alınmasına imkan yarada bilər.

Bəs, elektron resept sistemi vətəndaşların dərman xərclərinin azalmasına real olaraq necə təsir göstərə bilər, düzgün preparat və dozanın seçilməsində nə dərəcədə effektivdir və eyni təsirli dərmanların təkrar və ya lazımsız alınmasının qarşısını almaq mümkündürmü?
Elektron reseptlər nə qədər effektiv olacaq? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən farmakoloq Aydın Əliyev bildirib ki, bu gün səhiyyə ilə bağlı daha çox sualların və problemlərin gündəmə gəlməsi əhalinin digər sahələrlə müqayisədə səhiyyə sisteminə daha çox müraciət etməsi ilə bağlıdır.

“İnsanların səhiyyə xidmətlərinə müraciət etməsinin arxasında isə həyat tərzi, qidalanma və digər amillərlə bağlı müxtəlif problemlər dayanır. Əsas məsələ həkimlərin öz işini düzgün həyata keçirməsidir. Həkim ilk növbədə dəqiq diaqnoz qoymalı və həmin diaqnoza uyğun müalicə təyin etməlidir. Təəssüf ki, Azərbaycanda insanların qonşuların məsləhəti, sosial şəbəkələrdə yayılan məlumatlar və müxtəlif mənbələr əsasında özbaşına dərman qəbul etməsi halları ilə qarşılaşılır. İnsan öz orqanizmini və sağlamlıq vəziyyətini tam şəkildə qiymətləndirə bilməz. Buna görə də dərman seçimi və müalicə ilə bağlı qərar həkim tərəfindən verilməlidir. Vətəndaşlar həkimin tövsiyələrinə əməl etməli, özbaşına dərman qəbulundan çəkinməlidirlər”.

Farmakoloq bildirib ki, bununla yanaşı, düzgün və keyfiyyətli qidalanma, sağlam həyat tərzi və gündəlik rejimə diqqət yetirilməsi bir sıra sağlamlıq problemlərinin azalmasına kömək edə bilər:

“Elektron resept sisteminə isə müsbət yanaşıram. Elektron reseptin tətbiqi həkimin təyin etdiyi dərmanların düzgün şəkildə əldə olunmasına və xəstənin müalicə rejiminə daha dəqiq əməl etməsinə imkan yaradır. Dərmanın nə vaxt və hansı dozada qəbul edilməsi, hansı qidalarla birlikdə istifadə olunmasının uyğun olub-olmaması kimi məsələlər də həkim tərəfindən izah edilməlidir. Elektron resept sisteminin digər üstünlüklərindən biri səhiyyə müəssisələrində növbələrin və gözləmə müddətinin optimallaşdırılmasına kömək edə bilməsidir. Ümumilikdə, elektron reseptin tətbiqini səhiyyə sistemi və pasiyentlər baxımından müsbət addım hesab edirəm”.

Röyalə Xəyal

Sonxeber.az


Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

.

Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir

Tez-tez təkrarlanan baş ağrısı bəzən stress, yuxu rejiminin pozulması, susuz qalmaq, yeməkləri ötürmək, gözlərin uzun müddət ekrana yönəlməsi və ya düzgün olmayan duruşla əlaqəli ola bilər. Bəzi hallarda isə miqren kimi xüsusi baş ağrısı növləri ilə bağlı olur. xəbər verir ki, mütəxəssislər mütəmad

16 avqust

.

Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır

Avokado sağlam yağları və lifləri ilə tanınır, lakin omeqa-3 baxımından zəngin qida sayılmır. Mütəxəssislər onun omeqa-3 mənbələri ilə birlikdə qəbul edilməsini tövsiyə edirlər. -a istinadla xəbər verir ki, bunun üçün gündəlik qidalanmaya 4 sadə qida əlavə etmək olar:. Somon – avokado ilə salat və y

20 avqust

.

Çia toxumu faydalıdır, yoxsa ziyan?

Son illərdə sağlam qidalanmanın məşhur məhsullarından birinə çevrilən çia toxumu lif, zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium və digər faydalı qida maddələri ilə zəngindir. xəbər verir ki, bu səbəbdən onu salatlara, yoqurta, smuzilərə və müxtəlif səhər yeməklərinə əlavə edirlər. Bəs çia toxum

18 avqust

.

Sağlamlığın qorunması üçün ən yaxşı üsul: “Göy qurşağı diyeti”

Mümkün qədər uzun müddət sağlam qalmaq üçün müəyyən qidalanma rejiminə riayət etmək vacibdir. -ın xəbərinə görə, bu barədə diyetoloq Pablo Oxeda “ABC” nəşrinə müsahibəsində danışıb. O, özünü yaxşı hiss etmək üçün ən yaxşı diyeti açıqlayıb. Pablo Oxedanın sözlərinə görə, sağlamlığı qorumaq üçü

14 avqust

.

Dişləri saraldan qidalar açıqlandı: Siyahıda gözlənilməz məhsullar var

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə o, “El Confidencial” nəşrinə müsahibəsində danışıb. Karla Fornasın sözlərinə görə, qəhvə, çay və tütün adətən dişlərin ağlığını itirməsini

23 avqust

.

40 yaşdan sonra səhər yeməyində bir səhv ölüm riskini 29 faiz artırır

Günün ən vacib qidasının səhər yeməyi olması təsadüfi deyil. Alimlərin araşdırmasına görə, sağlamlıq üçün səhər yeməyində nə yediyinizlə yanaşı, onu nə vaxt yediyiniz də əhəmiyyətlidir. Qaynarinfo xəbər verir ki, “European Journal of Clinical Nutrition” jurnalında dərc olunan araşdırmada 4

27 avqust

.

Xərçəngə qarşı fərdiləşdirilmiş vaksinlərdə mühüm irəliləyiş

“Moderna” və “Merck” tərəfindən hazırlanan fərdiləşdirilmiş mRNA xərçəng vaksini yüksək riskli melanoma xəstələri üzərində aparılan son mərhələ klinik sınaqda müsbət nəticə göstərib. xəbər verir ki, vaksin “Merck”in Keytruda immunoterapiyası ilə birlikdə istifadə olunu

23 avqust

.

Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?

Mixəkdə olan eugenol adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. Ölkə.az xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stresslə əlaqəli proseslərə müsbət təsir göstərə biləcəyi müşahidə olunub. Mütəxəssislər bildirirlə

20 avqust

Mənbə: Sonxeber.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More