C vitamini ilə bağlı mif dağıldı
Məşhur fikrin əksinə olaraq, C vitamini insanların əksəriyyətini soyuqdəymədən qorumur, ilk simptomlar zamanı onun yüksək dozada qəbulu isə ümumiyyətlə faydasızdır.
Sonxeber.az xəbər verir ki, bu barədə “The Conversation” portalı məlumat yayıb.
C vitamininin populyarlığı böyük ölçüdə Nobel mükafatı laureatı Linus Polinqin adı ilə bağlıdır. O, 1970-ci illərdə gündə 1000-2000 milliqram C vitamini qəbul etməyi tövsiyə edirdi. Lakin Adelaida Universitetinin dietoloqu Evangelin Mantziorisin qeyd etdiyi kimi, onun tövsiyələri zəif dəlillərə əsaslanırdı: cəmi bir neçə keyfiyyətsiz araşdırma və xizək kurortundakı düşərgədə uşaqlar üzərində aparılan müşahidə.
Müasir icmallar daha təvazökar nəticələr göstərir. 2023-cü ildə aparılan və 2736 sağlam insanın iştirak etdiyi plasebo-nəzarətli 10 sınağın nəticələrini birləşdirən meta-analiz göstərib ki, C vitamininin müntəzəm qəbulu soyuqdəymədən qorunmağa kömək etmir. Lakin vitamini əvvəlcədən qəbul edən, xəstəlik zamanı qəbul etməyə başlamayan insanlarda ağır simptomların müddətini təxminən 15 faiz azaldır.
C vitamininin nəzərəçarpacaq faydası yalnız ayrı-ayrı qruplarda – yüksək fiziki yükə məruz qalan idmançılar və hərbçilərdə aşkar edilib, ümumi əhali arasında isə belə nəticə qeydə alınmayıb. Bununla yanaşı, insanların əksəriyyəti onsuz da C vitamini çatışmazlığından əziyyət çəkmir. Məsələn, Avstraliyada bu çatışmazlıq əhalinin 4 faizindən az hissəsində müşahidə olunur.
Üstəlik, vitaminin həddindən artıq qəbulu təhlükəsiz deyil: gündə 1000 milliqramdan artıq dozalar həzm pozğunluqları və böyrək daşlarının yaranması riskini artırır, həmçinin dəmirin mənimsənilməsinə mane olur. Buna görə ekspert C vitaminini ilk növbədə tərəvəz və meyvələrdən almağı, əlavələrdən isə düşünülmüş şəkildə və məqbul dozalarda istifadə etməyi tövsiyə edir. O, həmçinin xatırladır ki, vitaminin faydası yalnız əvvəlcədən və müntəzəm qəbul edildikdə özünü göstərir, soyuqdəymə artıq başladıqdan sonra qəbul edilməsinin isə eyni təsiri yoxdur. Hazırda təhlükəsiz yuxarı həddin sutkada təxminən 1000-2000 milliqram olduğu hesab edilir və həkim təyinatı olmadan bu həddi aşmaq tövsiyə edilmir.(publika)
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Diyetoloq bal haqqında əsas yanlış təsəvvürü TƏKZİB EDİB
“Bal hər kəs üçün uyğun deyil və prinsip etibarilə şəkərin sağlam alternativi hesab edilməməlidir”. xəbər verir ki, bunu diyetoloq Maryana Cutova bildirib. O, balla bağlı əsas yanlış təsəvvürlərdən birini təkzib edib. Diyetoloqun sözlərinə görə, balın tərkibində faydalı bitki birləşmələri ols
16 avqust

Virus, yoxsa ZƏHƏRLƏNMƏ? – Necə ayırmaq lazımdır?
Qusma, ishal, qarın ağrısı və halsızlıq kimi əlamətlər həm qida zəhərlənməsi, həm də virus infeksiyaları zamanı ortaya çıxa bilər və bu səbəbdən onları yalnız simptomlara əsasən ayırmaq həmişə mümkün olmur. Xüsusilə yay aylarında bu əlamətlərlə bağlı müraciətlərin artması vətəndaşların ilkin fərqləndirm
27 avqust

Arıqlamaq üçün az yemək şərt deyil: diyetoloq sirri açıqladı
Daha çox qida qəbul etmək istəyən, lakin eyni zamanda arıqlamağı hədəfləyən şəxslərə tövsiyələr verilib. Ölkə.az xəbər verir ki, bu barədə diyetoloq Eliza Harlou Yahoo-ya müsahibəsində danışıb. Mütəxəssisin sözlərinə görə, bunun üçün rasiona böyük həcmdə, lakin aşağı kalorili qidalar daxil etmək lazımdır
13 avqust

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?
Arterial təzyiqin düzgün ölçülməsi bir sıra vacib qaydalara əməl etməyi tələb edir. Bu proses sadəcə manjeti qola bağlayıb təzyiq ölçən aparatın düyməsini basmaqdan ibarət deyil. Qolun vəziyyəti niyə vacibdir?. xəbər verir ki, təzyiqin dəqiq ölçülməsində əsas amillərdən biri qolun düzgün vəziyyətdə saxlanılmasıdır
16 avqust

Fizioterapiyanın əks-göstərişləri hansılardır? – VİDEO
Baku TV-nin “Baku Med” verilişinin yeni buraxılışında fizioterapiya barədə müzakirə aparılıb. Xroniki ağrılarda fizioterapiya nə qədər effektlidir?. Üz siniri iflicində fizioterapiya nə vaxt təyin olunur?. Skoliozun müalicəsində fizioterapiya effektlidir?. Fizioterapiyanın əks-göstərişlər
23 avqust

10 saat yatırsınız, amma yenə yorğun oyanırsınız? Səbəbi xəstəlik ola bilər
Bəzən 9-10 saat yatmaq da insanın səhər özünü gümrah hiss etməsinə zəmanət vermir. Uzunmüddətli yuxudan sonra davam edən yorğunluq və gün ərzində yuxululuq yuxunun keyfiyyətinin aşağı olmasından və ya bəzi sağlamlıq problemlərindən xəbər verə bilər. xarici mediaya istinadən xəbər verir ki, əksər insanla
23 avqust

Orqanizminizdə iltihab varsa qəhvə için
Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub. xəbər verir ki, alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvənin tərkibindəki bəzi birləşmələr orqanizmin stress reaksiyasında rol oynayan “NR4A1” reseptor
17 avqust

40 yaşdan sonra səhər yeməyində bir səhv ölüm riskini 29 faiz artırır
Günün ən vacib qidasının səhər yeməyi olması təsadüfi deyil. Alimlərin araşdırmasına görə, sağlamlıq üçün səhər yeməyində nə yediyinizlə yanaşı, onu nə vaxt yediyiniz də əhəmiyyətlidir. Qaynarinfo xəbər verir ki, “European Journal of Clinical Nutrition” jurnalında dərc olunan araşdırmada 4
27 avqust

Dişləri saraldan qidalar açıqlandı: Siyahıda gözlənilməz məhsullar var
Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə o, “El Confidencial” nəşrinə müsahibəsində danışıb. Karla Fornasın sözlərinə görə, qəhvə, çay və tütün adətən dişlərin ağlığını itirməsini
23 avqust
Mənbə: Sonxeber.az