276 vətən müharibəsi qazisi əvvəlki sağlamlığına qovuşub

0

Vətən müharibəsindən sonra əvvəlki sağlamlığına qovuşan qazilərin sayı 276-ya çatıb.

Modern.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Vüqar Məmmədov müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüşdə deyib.

Postmüharibə dövründə Agentlik tərəfindən şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 30 minə yaxın şəxsin məşğulluğunun təmin edildiyi bildirilib.

Həmçinin onlardan 13,5 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının qurulduğu diqqətə çatdırılıb.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More