Ay Elmar, səni Tehrana dəvət edirəm – sabiq nazirdən xatirə
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov İranın eks-xarici işlər naziri Kamal Xarazi ilə bağlı xatirəsini bölüşüb.
Modern.az xəbər verir ki, nazir iranlı həmkarının onu Tehrana dəvətindən söhbət açıb.
“İranın sabiq xarici işlər naziri Kamal Xarezini yaxşı xatırlayıram. Onu uzun illərdir ki, tanıyırdım, çünki o, Nyu-Yorkda səfir kimi çalışırdı. Xarici işlər naziri təyin olunanda o da İranda xarici işlər naziriydi. Mənə zəng vurub “Ay Elmar, mən səni Tehrana dəvət edirəm” dedi. Mən ona şərt qoydum, dedim, Tehrana gəlsəm, Təbrizə də getməliyəm. Kamal da məndən iki saat vaxt istədi. İki saatdan sonra zəng edib, “danışmışam, biz sənin Təbrizə getmək təklifini məmnuniyyətlə qəbul edirik” dedi. Kimlə danışdığını demədi, amma çox güman ki, prezidentlə danışmışdı. O zaman biz Tehrandan Təbirzə adi təyyarə ilə gedirdik. Kamal isə dedi ki, proqramı elə quracaqlar mən ora xüsusi təyyarə ilə gedəcəm. Yəni kişi adamıydı, başa düşürdü”.
Qeyd edək ki, Kamal Xarazi 1997-2005-ci illərdə İranın xarici işlər naziri kimi çalışıb. Elmar Məmmədyarov isə 2004-cü ildən 2020-ci ilə kimi XİN başçısı kimi işləyib. (ednews.net)
Mənbə: Modern.az
