AZAL Bakı–Naxçıvan reysi ilə bağlı məlumat yaydı

AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.

Qeyd edilib ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.


Mənbə: Modern.az

Bir cavab yazın