Bakıda 46 mindən çox şagirdin yerdəyişməsi aparılıb

Tədris ili ərzində Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 46 531 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb.

Bu barədə Modern.az-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.


Mənbə: Modern.az

Bir cavab yazın