ABŞ-da əlverişsiz hava İngiltərənin planlarını poza bilər

0

İngiltərə millisinin ABŞ-də keçirdiyi hazırlıq prosesi əlverişsiz hava şəraiti səbəbindən çətinləşə bilər.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Tomas Tuxelin komandası yarımfinal görüşü üçün Atlantaya yollanacaq. Lakin şəhərdə yenidən güclü yağış, şimşək və tufanlı hava proqnozlaşdırılır.

Məlumata görə, bazar ertəsi Atlantada güclü leysan, ildırım və daşqın riski gözlənilir. Havanın temperaturunun 30 dərəcədən yuxarı olacağı bildirilir.

Meteoroloqlar çərşənbə axşamı da hava şəraitinin sabitləşməyəcəyini qeyd edirlər. Proqnozlara əsasən, bölgədə yavaş hərəkət edən güclü leysan yağışları davam edəcək.

Qeyd edək ki, İngiltərə millisi ayın 15-də Argentina yığması ilə üz-üzə gələcək.

 

Mənbə: İdmanxeber.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More