Qrinvud transferinin detalları bəlli oldu
“Fənərbağça” “Marsel”in hücumçusu Meyson Qrinvudun transferini başa çatdırmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu bu keçid üçün 40 milyon avro və əlavə 2 milyon avro bonus ödəyəcək.
Bu transferdən “Mançester Yunayted” də gəlir əldə edəcək. İngilis klubu əvvəlki satış müqaviləsindəki faiz maddəsinə əsasən təxminən 10 milyon avro qazanacaq.
23 yaşlı Qrinvud ötən mövsüm “Marsel”də 38 oyunda 26 qol vurub və 8 məhsuldar ötürmə edib.
Mənbə: İdmanxeber.az