“Sabah meydanda ən yaxşı oyunumuzu göstərməliyik” – Valdas Dambrauskas 

0

“Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində sabah Uelsin TNS klubu ilə üz-üzə gələcək

İdmanxeber.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bildirib:

“Sabahkı oyunu böyük həyəcanla gözləyirik. İlk oyundan fərqli olaraq bu matçda da yüksək konsentrasiya ilə oynamalıyıq. Hamıya məlumdur ki, ev sahibi komandalar öz meydanında adətən yaxşı oynayırlar. Buna görə də arxayınlaşa bilmərik. Əksinə, sabah da əlimizdən gələni etməli, meydandan qələbə ilə ayrılmağa çalışmalıyıq. Sevindirici haldır ki, komandamız səfərə heç bir zədə problemi olmadan gəlib. Komandada əhval-ruhiyyə yüksəkdir, hər kəs özünü yaxşı hiss edir. Sadəcə Stiv Solvet düşərgəmizdə deyil. Sabah meydanda ən yaxşı oyunumuzu göstərməliyik”.

Mənbə: İdmanxeber.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More