Paytaxt klubu Qarnaçonu transfer edir
“Roma” “Mançester Yunayted”in hücumçusu Alexandro Qarnaçonu heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubunun yaxın saatlarda futbolçunun nümayəndələri ilə yeni təmas quracağı bildirilir. “Canavarlar” əvvəlcə icarə, daha sonra isə məcburi satınalma variantını müzakirə edir.
“Mançester Yunayted” isə sərfəli təklif gələcəyi halda argentinalının ayrılmasına mane olmayacaq.
Tərəflər arasında danışıqların yaxın günlərdə sürətlənəcəyi gözlənilir.
Mənbə: İdmanxeber.az