“Sabah”dan 5 milyonluq transfer?
“Sabah” heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
İdmanxeber.az “Africafoot” nəşrinə istinadən xəbər verir ki, İspaniyanın “Kastelyon” klubunda çıxış edən qvineyalı hücumçu Usman Kamara bir neçə komandaya təklif olunub. Həmin siyahıda “Sabah”ın da yer aldığı bildirilir.
Mənbənin iddiasına əsasən, 23 yaşlı futbolçu ilə Cənubi Koreyanın “Ulsan HD”, BƏƏ-nin “Əl-Əyn”, Boliviyanın “Bolivar”, Kolumbiyanın “Deportes Tolima” və Finlandiyanın HJK klubu da maraqlanır.
Xəbərdə qeyd olunur ki, adıçəkilən klubların hər biri Kamaranın transferi üçün 5 milyon avrodan artıq vəsait ödəməyə hazırdır.
Qeyd edək ki, Kamata ötən mövsüm La Liqa 2 klubunun heyətində bütün turnirlərdə 38 oyun keçirib və 12 qol vurub.
Mənbə: İdmanxeber.az