Qocalmanın qarşısını ala bilsək, insan nə qədər yaşaya bilər?
Yeni araşdırmaya görə, qocalmanın demək olar ki, bütün əsas səbəbləri aradan qaldırılsa belə, insan ömrünün nəzəri maksimum həddi təxminən 200 il ola bilər.
Qaynarinfo xəbər verir ki, “The Independent” nəşrinin məlumatına görə, alimlər qocalmanın əsas mexanizmlərinin aradan qaldırıldığı halda insan ömrünün təbii həddinin olub-olmadığını araşdırıblar. Tədqiqatda yalnız hüceyrələrin DNT-sində zamanla toplanan dəyişikliklər – somatik mutasiyalar nəzərə alınıb.
Mütəxəssislərin izahına görə, somatik mutasiyalar hüceyrələrin bölünməsi, maddələr mübadiləsi və ətraf mühit amillərinin təsiri nəticəsində həyat boyu tədricən yaranır. Alimlər hesab edirlər ki, bu proses qocalmanın qarşısının alınması baxımından ən çətin problemlərdən biridir.
Tədqiqat çərçivəsində ideal ssenari modelləşdirilib. Bu ssenaridə xroniki iltihab, mitoxondrial disfunksiya və qocalmış hüceyrələrin toplanması kimi qocalmanın digər əsas səbəblərinin tamamilə aradan qaldırıldığı fərz edilib.
Müəlliflər bildiriblər ki, hazırladıqları modelləşdirmə sistemi qocalmaya təsir edən amilləri mərhələli şəkildə qiymətləndirməyə imkan verir. Bu yanaşma ilə somatik mutasiyalar istisna olmaqla bütün digər qocalma əlamətlərinin aradan qaldırıldığı halda insan ömrünün mümkün həddi hesablanıb.
Araşdırmanın nəticələrinə görə, müxtəlif orqanlar DNT mutasiyalarının yaratdığı zədələnmələrə fərqli reaksiya verir.
Xüsusilə beyin və ürək daha həssas orqanlar hesab olunur. Bunun səbəbi həmin orqanlardakı həyati vacib hüceyrələrin doğulduqdan sonra ya ümumiyyətlə yenilənməməsi, ya da çox nadir hallarda bölünməsidir.
Bunun əksinə olaraq, qaraciyər köhnəlmiş hüceyrələri davamlı şəkildə yeniləmək qabiliyyətinə malikdir.
Alimlər müxtəlif orqanlar üzrə əldə olunan nəticələri birləşdirərək belə qənaətə gəliblər ki, yalnız somatik mutasiyalarla məhdudlaşan qocalma şəraitində insanın orta ömür uzunluğu nəzəri olaraq 146-194 ilə çata bilər.
Tədqiqat müəllifləri bildiriblər ki, bu nəticə göstərir ki, somatik mutasiyalarla yanaşı qocalmanın digər mexanizmləri də insan ömrünün məhdudlaşmasında mühüm rol oynayır.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gündüz yatmaq üçün ən yaxşı vaxt açıqlanıb
“Günorta yeməyindən sonra yatmaq üçün ən uyğun vaxt saat 13:00-15:00 aralığıdır”. Ölkə.az “EatingWell” nəşrinə istinadla xəbər verir ki, bu barədə dietoloq və nutrisioloq Daniyel Smayli danışıb. Onun sözlərinə görə, bu saatlarda orqanizmdə təbii enerji azalması baş verir. Buna gör
15 iyul

Niyə xərçəngi məğlub etmək mümkün deyil? – Alimin CAVABI
Nobel mükafatı laureatı orqanizmdəki hansı təbii proseslərin xərçəngin inkişafına səbəb ola biləcəyini izah edib. İnsan hüceyrələrində daim baş verən təbii proseslər səbəbindən xərçəngi tamamilə məğlub etmək mümkün olmaya bilər. -ın xarici mediaya istinadən xəbərinə görə, bu fikri araşdırmalarını DN
5 iyul

Ömrü qısaldan qidalar – Həkimlər uzaq durmağı tövsiyə etmir
Sağlam və uzun ömür sürən insanların qidalanmardişlərini araşdıran maddələr və məhsullar ki, onlar bəzi məhsullar ya məhsul qəbul etmir, ya da çox nadir hallarda istifadə edirlər. Mütəxəssislərin fikrincə, bu qidalar asılı olaraq xroniki xəstəlik yaranma riskini artıraraq ömür uzunluğuna təsir göstərir
4 iyul

Tərkibində maqnezium yüksək olan 12 qida
Maqnezium orqanizmin normal fəaliyyəti üçün vacib minerallardan biridir. Bununla belə, bir çox insan bu elementi qida vasitəsilə kifayət qədər qəbul etmir. Diyetoloqlar maqneziumun ilk növbədə qida məhsullarından alınmasını tövsiyə edirlər, çünki bu yolla orqanizm digər faydalı maddələri də qəbul edir
6 iyul

İnsult zamanı nəyi etmək, nəyi etməmək lazımdır? – VİDEO
“Baku Med” verilişinin budəfəki buraxılışında invaziv və qeyri-invaziv radiologiyadan danışılıb. İnsult nədir və hansı hallarda baş verir?. Gənclərdə insultun səbəbləri nələrdir?. Onun ilkin əlamətləri hansılardır?. İnsult zamanı ilk yardım necə göstərilməlidir?. İnsanların insult zamanı ə
18 iyul

Şəkəri tam kəsmək risklidir – Yeni araşdırmadan diqqətçəkən nəticələr
Son illər sağlam qidalanma ilə bağlı ən çox səslənən tövsiyələrdən biri şəkərdən tamamilə imtina etmək olub. Lakin yeni elmi araşdırma göstərir ki, həddindən artıq məhdudlaşdırıcı qidalanma rejimi gözlənilməz mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, qidalanma üzrə mütəxəssis Dilara Koçak b
12 iyul

Dəri sağlamlığını dəstəkləyə biləcək 8 içki
Mütəxəssislərin fikrincə, qidalanma və kifayət qədər maye qəbulu dərinin sağlamlığına və görünüşünə təsir göstərə bilər. Nəmləndirici və faydalı qida maddələri ilə zəngin bəzi içkilər iltihabın azalmasına, kollagen sintezinin dəstəklənməsinə və dərinin elastikliyinin qorunmasına kömək edə bilər. Qaynarinf
7 iyul

Ürəyin ən böyük düşməni – Yalnız bu amil ölüm riskini kəskin artırır
Yuxusuzluq və güclü gündüz yuxululuğunun birləşməsi ölüm və ürək-damar xəstəliklərinin inkişafı riski ilə əlaqəli ola bilər. “Ölkə.az” xəbər verir ki, “Sleep Health” jurnalında dərc olunan araşdırmanın müəllifləri bu qənaətə gəliblər. Alimlər “UK Biobank”ın 495 398 iştirakçısını
3 iyul

Stomatoloqların sirri – Diş minasını zədələməmək üçün bunları edin
Gündəlik ağız boşluğu gigiyenası çox vaxt uzun illərdən qalan yanlış vərdişlər üzərində qurulur. Mütəxəssislər bildirirlər ki, sadə dəyişikliklər diş minasını qorumağa, diş əti problemlərinin və kariyesin qarşısını almağa kömək edir. Hər gün milyonlarla insan dişlərini fırçalayarkən fərqinə varmada
23 iyul
Mənbə: Sonxeber.az