Gənclərdə xərçəngin bu növü AŞKARLANIR: Səbəb nədir?
Bağırsaq xərçənginin daha gənc yaşlarda aşkarlanması son illərdə diqqət çəkən tendensiyalardandır. Bunun səbəbləri tam müəyyən edilməsə də, ailəvi-genetik faktorlarla yanaşı, qidalanma, artıq çəki, fiziki passivlik, siqaret və bağırsağın xroniki iltihabi xəstəlikləri risklə əlaqələndirilir.
Bəs, gənclər hansı əlamətlərə diqqət etməli, hansı hallarda həkimə müraciət etməlidirlər və xəstəliyin erkən aşkarlanması müalicənin nəticələrinə necə təsir edir?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, yaşla əlaqədar olaraq Azərbaycan insanlarının həyat tərzinə və qida rejiminə fikir versək, görərik ki, insanlar daha çox kalorili, ağır, ət yeməklərinə, gec həzm olunan qidalara meyllidirlər.
“Xüsusilə gənclər arasında fast-food, ağır və gec həzm olunan yeməklərə üstünlük verilməsi müşahidə olunur. Metabolik sindromu, köklüyü və oturaq həyat tərzi olan insanlarda hərəkətsizlik, adinamiya və digər bu kimi amillər bir sıra xəstəliklərə yol aça bilər. Amma 40 yaşdan yuxarı şəxslərdə, xüsusilə qəbizliyə və ya ishala meyllilik, bağırsaq sancıları və digər bu kimi problemlər olduqda, mütəmadi müayinələrdən keçmək məsləhət görülür. Erkən diaqnostika müalicə baxımından çox vacibdir. Bağırsaq xərçənginin daha erkən yaşlarda aşkarlanması da mümkündür. Erkən diaqnostika, öz növbəsində, erkən müalicəyə imkan yaradır. Operativ müdaxilədən sonra əlavə metastazların qarşısının alınması xəstənin uzunmüddətli yaşamasına və həyat keyfiyyətinin yaxşılaşmasına səbəb ola bilər”.
Röyalə Xəyal
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. “Qorxu
12 sentyabr 2021

Arpa suyu – süd artıran vasitə
Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır
8 sentyabr 2021

Bütün xəstəliklərin çarəsi – Məşhur professorun resepti
Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları
9 sentyabr 2021

Ağıl dişi problemi – Kökündən çıxartmaq, yoxsa müalicə?
Stomatoloqların baş bəlası olan “Ağıl dişi” mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli
17 sentyabr 2021

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu
Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb
11 sentyabr 2021

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz – Səbəbi AÇIQLANDI
Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. “Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə
13 sentyabr 2021

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY
Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez “qırmızı çay” adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona “çay” demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini
14 sentyabr 2021

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. “Qorxu
14 sentyabr 2021
Mənbə: Sonxeber.az