Tramp əlində “silah” İranı hədələdi: Ağıllı olun!

ABŞ prezidenti Donald Trump İranı sərt tənqid edib.

Modern.az xəbər verir ki, Tramp “Truth Social” hesabında paylaşım edərək bildirib ki, İran hələ də qeyri-nüvə statusu ilə bağlı sazişi imzalamaqda çətinlik çəkir.

“İran özünü ələ ala bilmir. Onlar qeyri-nüvə statusu ilə bağlı razılaşmanı necə imzalayacaqlarını bilmirlər. Onlara yaxşı olar ki, tez bir zamanda ağıllansınlar”, – deyə o qeyd edib.

Tramp paylaşımında daha sərt ritorikaya keçdiyini də vurğulayıb: “Artıq heç bir “yaxşı oğlan” yoxdur!”

Paylaşıma əlavə olunan süni intellektlə hazırlanmış fotoda isə Trampın partlayış fonunda avtomat silah tutduğu təsvir yer alıb.

 


Mənbə: Modern.az

Bir cavab yazın