Şəkəri tam kəsmək risklidir – Yeni araşdırmadan diqqətçəkən nəticələr

0

Son illər sağlam qidalanma ilə bağlı ən çox səslənən tövsiyələrdən biri şəkərdən tamamilə imtina etmək olub. Lakin yeni elmi araşdırma göstərir ki, həddindən artıq məhdudlaşdırıcı qidalanma rejimi gözlənilməz mənfi nəticələrə səbəb ola bilər.

Musavat.com xəbər verir ki, qidalanma üzrə mütəxəssis Dilara Koçak bu barədə “Milliyet” qəzetində dərc olunan məqaləsində maraqlı məqamlara toxunub.

Məlumata görə, Endokrinologiya Cəmiyyətinin ENDO 2026 Konqresində təqdim olunan eksperimental tədqiqatda iki fərqli qidalanma modeli 16 həftə ərzində müqayisə edilib. Hər iki qrup eyni miqdarda yağ qəbul etsə də, bir qrupun rasionunda süfrə şəkəri (saxaroza) tamamilə çıxarılıb, digər qrup isə müəyyən miqdarda şəkər qəbul edib.

Araşdırmanın nəticələri göstərib ki, şəkərsiz qidalanan qrupda qan şəkərinin tənzimlənməsi çətinləşib, insulin müqaviməti artıb, bağırsaq mikrobiotasının balansı pozulub, həmçinin bağırsaq və qaraciyərdə iltihab göstəriciləri yüksəlib. Maraqlıdır ki, bu dəyişikliklər iştirakçıların bədən çəkisi oxşar qalmasına baxmayaraq müşahidə olunub.

Mütəxəssislər vurğulayırlar ki, bu nəticələr şəkər istehlakını artırmaq anlamına gəlmir. Əsas mesaj ondan ibarətdir ki, sağlam qidalanma yalnız bir qida komponentini tamamilə rasiondan çıxarmaqla təmin edilmir. Orqanizmin sağlamlığı qidaların ümumi balansından və onların bir-biri ilə qarşılıqlı təsirindən asılıdır.

Məqalədə qeyd olunur ki, bağırsaq mikrobiotası immun sisteminin fəaliyyəti, maddələr mübadiləsi, iştaha nəzarəti və qan şəkərinin tənzimlənməsində mühüm rol oynayır. Həddindən artıq sərt pəhrizlər isə bu həssas ekosistemin balansını poza bilər.

Mütəxəssislər sağlam qidalanma üçün liflə zəngin tam taxıllar, paxlalılar, tərəvəz və meyvələrə üstünlük verməyi, keyfiyyətli zülal və sağlam yağ mənbələrini rasiona daxil etməyi tövsiyə edirlər. Fermentləşdirilmiş süd məhsulları – kefir və yoqurt da bağırsaq mikrobiotasının dəstəklənməsində faydalı hesab olunur.

Bundan əlavə, yay aylarında istehlak edilən soyuq qəhvə və digər içkilərdəki əlavə şəkərə diqqət yetirmək tövsiyə olunur. Mütəxəssislər şərbət, krem və müxtəlif əlavələrsiz içkilərə üstünlük verməyi, şirin istəyi yarandıqda isə içkiyə şəkər əlavə etmək əvəzinə kiçik porsiya desert seçməyi məsləhət görürlər.

Yay mövsümünün meyvələri – üzüm, ərik, albalı, şaftalı, qovun, qarpız, vişnə, moruq və gavalı həm dadlı, həm də faydalı seçim hesab olunur. Onların kefir, yoqurt və ya bir ovuc çərəzlə birlikdə istehlakı daha balanslı ara yemək formalaşdırmağa kömək edə bilər.

Sonxeber.az


Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021

.

Azərbaycanda daha 34 nəfər vəfat etdi – Koronavirusla bağlı SON VƏZİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə

11 sentyabr 2021

.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021

.

Dünyaya yayılan “Mu” ştamı: Əlamətləri nələrdir?

Koronavirusun “Mu” variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs “Mu” ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. “Hürriyet”in xəbərinə görə, “Mu” ştamının ən önəml

8 sentyabr 2021

.

Gecə paltarı ilə yatmayın – SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın “pijamalar” da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021

.

Yaponiyalı həkimlər “Pfizer” peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər “Pfizer”BioNTech” şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021

.

Arpa suyu – süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021

.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021

Mənbə: Sonxeber.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More