Çəki atmaq üçün istifadə edilən dərmanların gözlənilməz təsiri açıqlandı

0

Çəkini tənzimləmək və şəkərli diabeti müalicə etmək üçün məşhur dərmanlardan istifadə edən pasiyentlər alkoqolun onlara artıq zövq vermədiyini və spirtli içkilərə meyllərinin azaldığını getdikcə daha çox bildirirlər.

Oxu.Az xəbər verir ki, bu barədə Lenta.ru-ya rusiyalı endokrinoloq İrina Lenkina məlumat verib.

Mütəxəssis qeyd edib ki, son iki ilin tibbi təcrübəsində QLP-1 reseptor aqonistlərinin (ilk növbədə, II tip şəkərli diabet və piylənmənin müalicəsində tətbiq edilən preparatlar) qəbulu ilə alkoqol istehlakına verilən reaksiyanın dəyişməsi arasında əlaqəni göstərən müşahidələr artmaqdadır. Həkimin sözlərinə görə, bu cür terapiya alan şəxslər spirtli içkiyə olan istəyin zəifləməsindən, içilən miqdarın azalmasından və alkoqollu içkilərdən əvvəlki kimi həzz ala bilməmələrindən bəhs edirlər.

“Əsas məsələ ondadır ki, qida, alkoqol, siqaret və ya qumar oyunlarından zövq almağa vadar edən beyinin mükafatlandırma sistemi dofamin hormonu ilə sıx bağlıdır. QLP-1 aqonistləri dofamin yollarına və möhkəmləndirmə mərkəzlərindəki neyronların aktivliyinə təsir göstərə bilir. Beyin alkoqola bir zövq mənbəyi kimi daha zəif reaksiya verməyə başlayır və spirtli içkiyə qarşı olan kompulsiv (obsessiv) istək azalır. Bu təsir asılılığın qapalı dairəsini tam qıra bilməsə də, ən azından onu zəiflətməyə kömək edir”, – deyə həkim izah edib.

Lenkina vurğulayıb ki, bəhs olunan tədqiqatlarda bu nəticə sağlam könüllülərdə deyil, məhz alkoqol asılılığı diaqnozu qoyulmuş şəxslərdə qeydə alınıb. Onun sözlərinə görə, bu fakt QLP-1 aqonistlərini gələcəkdə müalicə üçün potensial bir vasitə kimi nəzərdən keçirməyə imkan yaradır.

Bununla belə, o, xəbərdarlıq edib ki, bu cür dərman vasitələrini spirtli içki asılılığına qarşı mübarizə məqsədilə müstəqil şəkildə istifadə etmək, eləcə də digər sağlamlıq problemlərinin həlli üçün tibbi göstəriş olmadan tətbiq etmək hələ tezdir. Həkim əlavə edib ki, dərman qəbulu dayandırıldıqdan sonra təsirin qalıb-qalmayacağı, əlavə təsirlərin nədən ibarət olacağı və uzunmüddətli istifadə zamanı pasiyentlərin vəziyyətinin necə dəyişəcəyi hələlik tam məlum deyil.

Sonxeber.az


Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

.

İsti havalarda tromb riski artır: Həkimdən vacib xəbərdarlıq

İsti havalarda bədənin susuzlaşması və qanın qatılaşması səbəbindən tromb yaranma ehtimalı arta bilər. xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt Tatyana Vinoqradova RT-yə müsahibəsində bildirib. Mütəxəssisin sözlərinə görə, tromb damar daxilində yaranan və qan dövranını qismən və ya tamamil

19 iyul

.

Maqnit qasırğasından əziyyət çəkənlər nə etməlidir?

Maqnit qasırğaları (geomanyetik fırtınalar) Günəş aktivliyinin artması nəticəsində yaranır və bəzi insanlarda xüsusilə baş ağrısı, halsızlıq, yuxusuzluq və əsəbilik kimi əlamətlərə səbəb ola bilər. Axşam.az xəbər verir ki, bu vəziyyət daha çox meteohəssas şəxslərdə müşahidə olunur. Maqnit sahəsindək

28 iyun

.

Şəkəri tam kəsmək risklidir – Yeni araşdırmadan diqqətçəkən nəticələr

Son illər sağlam qidalanma ilə bağlı ən çox səslənən tövsiyələrdən biri şəkərdən tamamilə imtina etmək olub. Lakin yeni elmi araşdırma göstərir ki, həddindən artıq məhdudlaşdırıcı qidalanma rejimi gözlənilməz mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, qidalanma üzrə mütəxəssis Dilara Koçak b

12 iyul

.

Kiçik görünüş, böyük sağlamlıq faydaları

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. Axşam.az xəbər verir ki, mütəxəssislər soğanın təbii dərman olduğunu sübut ediblər. Yaşıl soğan (Allium fistulosum

28 iyun

.

Qarpızın min dərdə dərman faydaları

Yayın ən sevilən meyvələrindən olan qarpız təkcə sərinləşdirici təsiri ilə deyil, sağlamlıq üçün faydaları ilə də diqqət çəkir. Axşam.az xəbər verir ki, tərkibinin təxminən 90 faizindən çoxu sudan ibarət olan qarpız orqanizmin maye balansını qorumağa kömək edir. Mütəxəssislərin sözlərinə görə, qarpızı

27 iyun

.

Tərkibində maqnezium yüksək olan 12 qida

Maqnezium orqanizmin normal fəaliyyəti üçün vacib minerallardan biridir. Bununla belə, bir çox insan bu elementi qida vasitəsilə kifayət qədər qəbul etmir. Diyetoloqlar maqneziumun ilk növbədə qida məhsullarından alınmasını tövsiyə edirlər, çünki bu yolla orqanizm digər faydalı maddələri də qəbul edir

6 iyul

.

Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı

Əfsanəvi aktyor Dik Van Dayk 2025-ci ilin sonunda 100 yaşını tamamladıqdan sonra uzunömürlülüyünün əsas sirlərindən birini bölüşüb. Maraqlıdır ki, onun qeyd etdiyi bu amil elmi araşdırmalarla da təsdiqlənib. Qaynarinfo-nun “ScienceAlert” nəşri istinadən məlumatına görə, aktyor bildirib ki

13 iyul

Mənbə: Sonxeber.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More