İsti havalarda tromb riski artır: Həkimdən vacib xəbərdarlıq
İsti havalarda bədənin susuzlaşması və qanın qatılaşması səbəbindən tromb yaranma ehtimalı arta bilər.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt Tatyana Vinoqradova RT-yə müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, tromb damar daxilində yaranan və qan dövranını qismən və ya tamamilə əngəlləyə bilən qan laxtasıdır:
“Onun əsas təhlükəsi toxumaların qanla qidalanmasını pozmaq və ya qopub ağciyər arteriyasının tromboemboliyası da daxil olmaqla, ciddi fəsadlara yol açmaq qabiliyyətidir”.
Varikoz damar genişlənməsi, ürək-damar xəstəlikləri, şəkərli diabet və piylənmədən əziyyət çəkən şəxslər yüksək risk qrupuna daxildirlər. Həmçinin hamilələr, yeni doğuş etmiş qadınlar, eləcə də əməliyyat və travma keçirmiş xəstələr öz səhhətlərinə daha diqqətlə yanaşmalıdırlar.
Xüsusi risk amillərindən biri də uzun müddət hərəkətsiz qalmaqdır. Bu, xüsusilə ayaq venalarında qan axınının yavaşladığı təyyarə uçuşları, uzunmüddətli avtomobil səfərləri və oturaq iş rejimi üçün xarakterikdir.
Vinoqradova vurğulayıb ki, isti hava özlüyündə tromb yaratmır, lakin tərləmə yolu ilə maye itkisini sürətləndirir. Əgər insan bu zaman az su içirsə və uzun müddət hərəkətsiz qalırsa, qanın qatılığı artır və tromboz riski çoxalır.
Profilaktika məqsədilə mütəxəssis maye qəbulu rejiminə əməl etməyi, daha çox hərəkətdə olmağı və saatlarla eyni vəziyyətdə qalmamağı tövsiyə edib. Uzun səfərlər zamanı hər 1.5-2 saatdan bir ayağa qalxmaq, gəzmək və ayaqlar üçün sadə isinmə hərəkətləri etmək məsləhət görülür.
Bundan əlavə, isti günlərdə spirtli içkilərdən istifadə etmək olmaz, çünki bu, orqanizmin susuzlaşmasını daha da artırır. Qidalanmada isə tərəvəz və meyvələrlə zəngin olan yüngül yeməklərə üstünlük vermək daha yaxşıdır.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hansı qızılbalıqda omeqa-3 daha çoxdur: Təzə, yoxsa konservləşdirilmiş?
İnsan orqanizminin omeqa-3 yağ turşularına ehtiyacı var. Bu maddələri qida əlavələrindən, həmçinin qoz-fındıq, toxum və yağlı balıq kimi məhsullardan əldə etmək mümkündür. Qaynarinfo “Real Simple” nəşrinə istinadən xəbər verir ki, qızılbalıq da orqanizmi omeqa-3 yağ turşuları ilə təmin edə
3 iyul

Dünyanı yeni pandemiyalar bürüyə bilər – XƏBƏRDARLIQ
Dünya COVID-19 pandemiyasından dərs çıxarsa da, yeni epidemiyalara qarşı hələ də kifayət qədər hazırlıqlı deyil. -ın xarici mediaya istinadən xəbərinə görə, beynəlxalq ekspertlər bildirirlər ki, təhlükəli yoluxucu xəstəliklərin yayılması halları getdikcə artır, epidemiyalar daha geniş miqyas alır v
12 iyul

Qarpız bu şəxslər üçün zərərlidir
“Həddindən artıq qarpız istehlakı xüsusilə böyrək xəstəliyindən əziyyət çəkənlər və şəkərli diabeti olan şəxslər üçün ciddi təhlükə yarada bilər”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri diyetoloq Olqa Yamilova deyib. Mütəxəssis qeyd edib ki, qarpız güclü sidikqovucu təsirə mali
7 iyul

Ürəyin ən böyük düşməni – Yalnız bu amil ölüm riskini kəskin artırır
Yuxusuzluq və güclü gündüz yuxululuğunun birləşməsi ölüm və ürək-damar xəstəliklərinin inkişafı riski ilə əlaqəli ola bilər. “Ölkə.az” xəbər verir ki, “Sleep Health” jurnalında dərc olunan araşdırmanın müəllifləri bu qənaətə gəliblər. Alimlər “UK Biobank”ın 495 398 iştirakçısını
3 iyul

Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
Xroniki yorğunluq sindromu (həmçinin “Mialgik Ensefalomielit” adlanır) istirahətlə keçməyən, gündəlik fəaliyyətləri ciddi şəkildə məhdudlaşdıran dərin fiziki və zehni yorğunluğa səbəb olan mürəkkəb və uzunmüddətli bir xəstəlikdir. Dünya üzrə milyonlarla insanı təsir edən bu xəstəliyin diaqnoz
4 iyul

Yayda buzlu su içmək təhlükəlidirmi?
Yay aylarında temperatur yüksəldikcə insanlar sərinləmək üçün daha çox buzlu və çox soyuq suya üstünlük verirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq soyuq suyun qəbulu bəzi hallarda sağlamlığa mənfi təsir göstərə bilər. Ölkə.az xəbər verir ki, həkimlərin sözlərinə görə, çox soyu
14 iyul

İnsan beynində diş çıxa bilərmi – Şok faktlar
İlk baxışda bu, qorxu filmini xatırladır. Amma təəccüblüdür ki, tibbdə həqiqətən də beyində dişə bənzər strukturların aşkar edildiyi çox nadir hallar təsvir olunub. -a istinadən xəbər verir ki, əslində, beyin özü diş yaratmır. Bunun səbəbi adətən teratoma adlanan çox nadir bir şiş növüdür. Teratomala
14 iyul
Mənbə: Sonxeber.az