İnsan ömrünün son həddi açıqlandı
Bütün xəstəliklərin müalicəsi tapılsa və qocalmanı ləngidən ideal dərman hazırlansa belə, insanların əbədi yaşaması mümkün olmayacaq.
“Qafqazinfo”nun məlumatına görə, rusiyalı alimlərin yeni araşdırması göstərir ki, hüceyrələrdə zamanla yığılan təsadüfi DNT mutasiyaları insan ömrü üçün aşılması mümkün olmayan bioloji hədd yaradır.
Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutu tərəfindən aparılan tədqiqat “Əbədi yaşamaq mümkündürmü?” sualına yeni baxış təqdim edir. Araşdırmaya görə, yaşlanma ilə əlaqəli bütün xəstəliklər aradan qaldırılsa belə, insan orqanizmi müəyyən nöqtədən sonra fəaliyyətini davam etdirə bilməyəcək.
Kompüter simulyasiyalarına əsaslanan model göstərir ki, orqanizmdə bütün bioloji aşınmaların qarşısı alınsa belə, hüceyrələrdə yığılan somatik DNT mutasiyaları zamanla orqanların fəaliyyətini pozacaq. Bu ssenaridə insan ömrünün nəzəri maksimum həddi 150-190 il arasında qiymətləndirilir.
Tədqiqat müəllifləri bildirirlər ki, qocalmanın əsas amillərindən biri orqanların hüceyrə yenilənmə qabiliyyətidir.
Qaraciyər və dəri kimi toxumalar zədələnmiş hüceyrələri daim yeniləyə bildiyi halda, ürək və beyin hüceyrələri, demək olar ki, bərpa olunmur. Nəticədə bu hüceyrələrdə DNT zədələri illər boyu toplanaraq, orqanların funksiyasını zəiflədir və insan ömrünün təbii həddini müəyyənləşdirir.
Alimlər vurğulayırlar ki, əldə olunan nəticələr qəti proqnoz deyil, qocalma mexanizmini izah edən riyazi modelə əsaslanır.
Onların sözlərinə görə, insanların hazırda bu nəzəri həddən xeyli az yaşaması DNT mutasiyalarının qocalmanın yeganə səbəbi olmadığını, prosesdə başqa bioloji amillərin də mühüm rol oynadığını göstərir.
Tədqiqat müəllifləri hesab edirlər ki, gələcəyin tibbi araşdırmaları ömrü sonsuz uzatmağa deyil, insanların yaşlılıq dövrünü daha sağlam, aktiv və yüksək həyat keyfiyyəti ilə keçirməsinə yönəlməlidir.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dəri sağlamlığını dəstəkləyə biləcək 8 içki
Mütəxəssislərin fikrincə, qidalanma və kifayət qədər maye qəbulu dərinin sağlamlığına və görünüşünə təsir göstərə bilər. Nəmləndirici və faydalı qida maddələri ilə zəngin bəzi içkilər iltihabın azalmasına, kollagen sintezinin dəstəklənməsinə və dərinin elastikliyinin qorunmasına kömək edə bilər. Qaynarinf
7 iyul

Maqnit qasırğasından əziyyət çəkənlər nə etməlidir?
Maqnit qasırğaları (geomanyetik fırtınalar) Günəş aktivliyinin artması nəticəsində yaranır və bəzi insanlarda xüsusilə baş ağrısı, halsızlıq, yuxusuzluq və əsəbilik kimi əlamətlərə səbəb ola bilər. Axşam.az xəbər verir ki, bu vəziyyət daha çox meteohəssas şəxslərdə müşahidə olunur. Maqnit sahəsindək
28 iyun

İnsult zamanı nəyi etmək, nəyi etməmək lazımdır? – VİDEO
“Baku Med” verilişinin budəfəki buraxılışında invaziv və qeyri-invaziv radiologiyadan danışılıb. İnsult nədir və hansı hallarda baş verir?. Gənclərdə insultun səbəbləri nələrdir?. Onun ilkin əlamətləri hansılardır?. İnsult zamanı ilk yardım necə göstərilməlidir?. İnsanların insult zamanı ə
18 iyul

Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir
Boğaz ağrısı daha çox qış aylarında rast gəldiyimiz bir sağlamlıq problemi kimi görünsə də, kondisioner və ya ventilyator qarşısında uzun müddət qalmaq, yaş saçla gəzmək və çox soyuq su içmək kimi bəzi səbəblər yay aylarında da şiddətli boğaz ağrısına yol aça bilir. Yay aylarında normaldan daha cidd
19 iyul

İti görmənin sirri açıldı: Hər şey ana bətnində başlayır
A vitamini insan orqanizmində təkcə immunitet və dəri sağlamlığı üçün deyil, həm də görmə qabiliyyətinin formalaşmasında mühüm rol oynayır. Alimlərin son araşdırması göstərib ki, bu vitaminin törəmələri insanın hələ ana bətnində olarkən iti mərkəzi görməsinin yaranmasına birbaşa təsir edir. -in məlumatın
10 iyul

Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir. Bildirilib ki, hazırd
11 iyul

Gündüz yatmaq üçün ən yaxşı vaxt açıqlanıb
“Günorta yeməyindən sonra yatmaq üçün ən uyğun vaxt saat 13:00-15:00 aralığıdır”. Ölkə.az “EatingWell” nəşrinə istinadla xəbər verir ki, bu barədə dietoloq və nutrisioloq Daniyel Smayli danışıb. Onun sözlərinə görə, bu saatlarda orqanizmdə təbii enerji azalması baş verir. Buna gör
15 iyul

Ömrü qısaldan qidalar – Həkimlər uzaq durmağı tövsiyə etmir
Sağlam və uzun ömür sürən insanların qidalanmardişlərini araşdıran maddələr və məhsullar ki, onlar bəzi məhsullar ya məhsul qəbul etmir, ya da çox nadir hallarda istifadə edirlər. Mütəxəssislərin fikrincə, bu qidalar asılı olaraq xroniki xəstəlik yaranma riskini artıraraq ömür uzunluğuna təsir göstərir
4 iyul
Mənbə: Sonxeber.az