Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
“Sağlam həyat tərzi prinsiplərinə riayət etmək, zərərli vərdişlərdən uzaq durmaq, mütəmadi fiziki aktivliklə məşğul olmaq və profilaktik müayinələrdən keçmək onkoloji xəstəliklərin yaranma riskini əhəmiyyətli dərəcədə azalda bilər”.
Oxu.Az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiyanın Səhiyyə Nazirliyinin baş onkoloqu, akademik Andrey Kaprin deyib.
Mütəxəssisin sözlərinə görə, xərçəngin yaranma riskini tamamilə aradan qaldırmaq mümkün olmasa da, kompleks profilaktik tədbirlər bu ehtimalı əhəmiyyətli dərəcədə azaltmağa kömək edir.
Bu tədbirlərə bədən çəkisini normal səviyyədə saxlamaq, müntəzəm idmanla məşğul olmaq, siqaret və digər zərərli vərdişlərdən imtina etmək, eləcə də vaxtaşırı tibbi müayinələrdən keçmək daxildir.
Akademik bildirib ki, onkoloji xəstəliklərin erkən aşkarlanması üçün 18-39 yaş arası şəxslər üç ildə bir dəfə, 40 yaşdan yuxarı şəxslər isə hər il profilaktik müayinədən keçməlidirlər.
“Ən əsası odur ki, simptomların yaranmasını gözləməyəsiniz. Bir çox bədxassəli şiş ilkin mərhələdə heç bir əlamət vermir. Məhz buna görə də mütəmadi profilaktik müayinələr xəstəliyin müalicəyə ən yaxşı cavab verdiyi dövrdə aşkarlanmasına imkan yaradır”, – deyə həkim bildirib.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dəri sağlamlığını dəstəkləyə biləcək 8 içki
Mütəxəssislərin fikrincə, qidalanma və kifayət qədər maye qəbulu dərinin sağlamlığına və görünüşünə təsir göstərə bilər. Nəmləndirici və faydalı qida maddələri ilə zəngin bəzi içkilər iltihabın azalmasına, kollagen sintezinin dəstəklənməsinə və dərinin elastikliyinin qorunmasına kömək edə bilər. Qaynarinf
7 iyul

Qarpız bu şəxslər üçün zərərlidir
“Həddindən artıq qarpız istehlakı xüsusilə böyrək xəstəliyindən əziyyət çəkənlər və şəkərli diabeti olan şəxslər üçün ciddi təhlükə yarada bilər”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri diyetoloq Olqa Yamilova deyib. Mütəxəssis qeyd edib ki, qarpız güclü sidikqovucu təsirə mali
7 iyul

Niyə xərçəngi məğlub etmək mümkün deyil? – Alimin CAVABI
Nobel mükafatı laureatı orqanizmdəki hansı təbii proseslərin xərçəngin inkişafına səbəb ola biləcəyini izah edib. İnsan hüceyrələrində daim baş verən təbii proseslər səbəbindən xərçəngi tamamilə məğlub etmək mümkün olmaya bilər. -ın xarici mediaya istinadən xəbərinə görə, bu fikri araşdırmalarını DN
5 iyul

Hansı qızılbalıqda omeqa-3 daha çoxdur: Təzə, yoxsa konservləşdirilmiş?
İnsan orqanizminin omeqa-3 yağ turşularına ehtiyacı var. Bu maddələri qida əlavələrindən, həmçinin qoz-fındıq, toxum və yağlı balıq kimi məhsullardan əldə etmək mümkündür. Qaynarinfo “Real Simple” nəşrinə istinadən xəbər verir ki, qızılbalıq da orqanizmi omeqa-3 yağ turşuları ilə təmin edə
3 iyul

Yayda buzlu su içmək təhlükəlidirmi?
Yay aylarında temperatur yüksəldikcə insanlar sərinləmək üçün daha çox buzlu və çox soyuq suya üstünlük verirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq soyuq suyun qəbulu bəzi hallarda sağlamlığa mənfi təsir göstərə bilər. Ölkə.az xəbər verir ki, həkimlərin sözlərinə görə, çox soyu
14 iyul

Stomatoloqların sirri – Diş minasını zədələməmək üçün bunları edin
Gündəlik ağız boşluğu gigiyenası çox vaxt uzun illərdən qalan yanlış vərdişlər üzərində qurulur. Mütəxəssislər bildirirlər ki, sadə dəyişikliklər diş minasını qorumağa, diş əti problemlərinin və kariyesin qarşısını almağa kömək edir. Hər gün milyonlarla insan dişlərini fırçalayarkən fərqinə varmada
24 iyul

Bu baş ağrısı həyatınız üçün təhlükəli ola bilər
Mütəxəssislər xəbərdarlıq edirlər ki, qəfil başlayan və bir neçə saniyə ərzində çox şiddətlənən baş ağrısı həyati təhlükə yaradan vəziyyətin əlaməti ola bilər. Belə hallarda vaxtında tibbi yardım göstərilməsi həyatı xilas edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər “ildırımvar
5 iyul
Mənbə: Sonxeber.az