Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma
Oksford Universitetinin alimləri sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının təhlükəli bakteriyaların yayılması baxımından ciddi risk daşıya biləcəyini bildiriblər.
Milli.Az xəbər verir ki, araşdırma zamanı son 45 il ərzində 30 ölkədən toplanmış minlərlə genetik nümunə təhlil edilib. Nəticələrə görə, müasir quşçuluq təsərrüfatları insanlarda mədə-bağırsaq infeksiyalarının əsas səbəblərindən biri hesab olunan “Campylobacter” bakteriyasının yayılmasını 100 dəfədən çox sürətləndirə bilər.
Tədqiqat müəllifləri qeyd edirlər ki, son onilliklərdə dünyada toyuq istehsalının sürətlə artması bu prosesə təsir göstərib. Məlumata görə, 1960-cı illərdən bəri dünyada toyuqların sayı yeddi dəfə artaraq 31 milyarda çatıb. Hazırda Yer üzündəki bütün quşların biokütləsinin təxminən 70 faizini fermalarda yetişdirilən toyuqlar təşkil edir.
Alimlərin fikrincə, quşların sıx şəraitdə və kütləvi şəkildə saxlanılması bakteriyaların daha sürətlə yayılmasına şərait yaradır. Bu da infeksiyaların quş ətindən insanlara keçməsi riskini artırır.
Mütəxəssislər vurğulayırlar ki, bu nəticələr toyuq ətindən imtina etməyin vacibliyi anlamına gəlmir. Əsas məsələ qida təhlükəsizliyi qaydalarına əməl etmək, toyuq ətini tam bişirmək, çiy ətin digər qidalarla təmasının qarşısını almaq və mətbəx gigiyenasına diqqət yetirməkdir. Bu tədbirlər Campylobacter və digər qida mənşəli infeksiyaların qarşısını almaqda mühüm rol oynayır.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çəki atmaq üçün istifadə edilən dərmanların gözlənilməz təsiri açıqlandı
Çəkini tənzimləmək və şəkərli diabeti müalicə etmək üçün məşhur dərmanlardan istifadə edən pasiyentlər alkoqolun onlara artıq zövq vermədiyini və spirtli içkilərə meyllərinin azaldığını getdikcə daha çox bildirirlər. xəbər verir ki, bu barədə -ya rusiyalı endokrinoloq İrina Lenkina məlumat verib. Mütəxəssi
19 iyul

Dəhşətli baş ağrısının ŞOK SƏBƏBlərindən biri üzə çıxdı
Dondurma, buzlu içkilər və digər soyuq qidaların qəbulundan sonra yaranan qəfil ağrı tibbdə soyuq stimuluna bağlı baş ağrısı adlanır. Xüsusilə yay aylarında daha çox rast gəlinən bu vəziyyət qısamüddətli olsa da, kifayət qədər narahatlıq yarada bilir. xəbər verir ki, bu vəziyyət çox soyuq qida və y
12 iyul

Dəri sağlamlığını dəstəkləyə biləcək 8 içki
Mütəxəssislərin fikrincə, qidalanma və kifayət qədər maye qəbulu dərinin sağlamlığına və görünüşünə təsir göstərə bilər. Nəmləndirici və faydalı qida maddələri ilə zəngin bəzi içkilər iltihabın azalmasına, kollagen sintezinin dəstəklənməsinə və dərinin elastikliyinin qorunmasına kömək edə bilər. Qaynarinf
7 iyul

İnsan beynində diş çıxa bilərmi – Şok faktlar
İlk baxışda bu, qorxu filmini xatırladır. Amma təəccüblüdür ki, tibbdə həqiqətən də beyində dişə bənzər strukturların aşkar edildiyi çox nadir hallar təsvir olunub. -a istinadən xəbər verir ki, əslində, beyin özü diş yaratmır. Bunun səbəbi adətən teratoma adlanan çox nadir bir şiş növüdür. Teratomala
14 iyul

Bu baş ağrısı həyatınız üçün təhlükəli ola bilər
Mütəxəssislər xəbərdarlıq edirlər ki, qəfil başlayan və bir neçə saniyə ərzində çox şiddətlənən baş ağrısı həyati təhlükə yaradan vəziyyətin əlaməti ola bilər. Belə hallarda vaxtında tibbi yardım göstərilməsi həyatı xilas edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər “ildırımvar
5 iyul

Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər
Yay aylarında hovuzlardan istifadə geniş yayılsa da, gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif infeksiyalara yoluxma riski artır. xəbər verir ki, hovuza girməzdən əvvəl və çıxdıqdan sonra duş qəbul etmək, hovuz kənarında ayaqyalın gəzməmək və şəxsi dəsmal, başmaqdan istifadə etmək vacibdir. Bu
1 avqust

İnsult zamanı nəyi etmək, nəyi etməmək lazımdır? – VİDEO
“Baku Med” verilişinin budəfəki buraxılışında invaziv və qeyri-invaziv radiologiyadan danışılıb. İnsult nədir və hansı hallarda baş verir?. Gənclərdə insultun səbəbləri nələrdir?. Onun ilkin əlamətləri hansılardır?. İnsult zamanı ilk yardım necə göstərilməlidir?. İnsanların insult zamanı ə
18 iyul

İnsan ömrünün son həddi açıqlandı
Bütün xəstəliklərin müalicəsi tapılsa və qocalmanı ləngidən ideal dərman hazırlansa belə, insanların əbədi yaşaması mümkün olmayacaq. “Qafqazinfo”nun məlumatına görə, rusiyalı alimlərin yeni araşdırması göstərir ki, hüceyrələrdə zamanla yığılan təsadüfi DNT mutasiyaları insan ömrü üçün aşılmas
24 iyul

Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir. Bildirilib ki, hazırd
11 iyul
Mənbə: Sonxeber.az