Rusiyalı həkim insan ömrünü 10-15 il qısaldan əsas amilləri açıqladı
İnsan ömrünü dəqiq neçə il qısaldığını müəyyən etmək mümkün olmasa da, bəzi vərdiş və amillərin həyat müddətinə ciddi təsir göstərdiyini göstərən elmi statistikalar mövcuddur.
Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt Kristina Radina Life.ru-ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, hər gün bir qutu siqaret çəkmək insan ömrünü orta hesabla 7-10 il qısalda bilər.
O bildirib ki, tərkibində kanserogen maddələr olan kolbasa, sosiska, servelat və digər emal olunmuş ət məhsullarının müntəzəm istehlakı kolorektal xərçəng riskini artırır. Bu isə ömrün 2 ildən 15 ilə qədər qısalmasına səbəb ola bilər.
Mütəxəssis əlverişsiz ekoloji şəraitin də sağlamlığa mənfi təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, çirkli hava və avtomobillərin işlənmiş qazlarına uzun müddət məruz qalmaq insan ömrünü orta hesabla 5-7 il azalda bilər.
Kristina Radina qeyd edib ki, hipodinamiya, yəni hərəkətsiz həyat tərzi də ömrü 7-10 il qısaldan əsas risk amillərindən biridir.
Həkim genetik amillərin də nəzərə alınmasının vacibliyini vurğulayıb. O bildirib ki, ailədə rast gəlinən xəstəlikləri vaxtında araşdırmaq və profilaktik tədbirlər görmək mühüm əhəmiyyət daşıyır.
“Xərçəng, piylənmə ilə müşayiət olunan şəkərli diabet, ürək-damar xəstəlikləri və hipertoniya kimi problemlər insan ömrünü əhəmiyyətli dərəcədə azalda bilər. Yaxın qohumlarda bu xəstəliklərdən hər hansı biri müşahidə olunubsa, onların inkişaf riski də artır. Belə xəstəliklər ömrü təxminən 10 il qısalda bilər”, – deyə o bildirib.
Mütəxəssis qidalara həddindən artıq duz əlavə etməyin də təhlükəli vərdiş olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, ömrü 3-5 il azalda bilər. Duzlu qidalar damarların vəziyyətini pisləşdirir, arterial təzyiqi yüksəldir və orqanizmdə maye toplanmasına səbəb olur. Nəticədə hipertoniyanın inkişaf riski artır.
Kristina Radina uzun müddət tıxacda qalmağın da sağlamlığa mənfi təsir göstərdiyini bildirib.
“Tıxacda uzun müddət qalmaq hərəkətsiz həyat tərzinin bir hissəsidir. Bu, ürəyin işemik xəstəliyi və ağciyər xərçəngi riskini artıraraq ömrü təxminən 10 il qısalda bilər. Bundan başqa, uzun məsafə qət edən sürücülərin üzünün bir tərəfi daim günəş şüalarına məruz qalır. Günəşdən qoruyucu vasitələrdən istifadə edilmədikdə dərinin vaxtından əvvəl qocalması və dəri xərçəngi riski artır. Bu da ömrün təxminən 10 il qısalmasına səbəb ola bilər”, – deyə həkim fikrini yekunlaşdırıb.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Düzgün qidalanırsınız, amma niyə arıqlamırsınız? – 7 mümkün səbəb
Sağlam qidalar qəbul etməyinizə baxmayaraq çəki atmaqda çətinlik çəkə bilərsiniz. Bunun səbəbi qidalanmanın ümumi prosesin yalnız bir hissəsi olmasıdır. Qaynarinfo xəbər verir ki, “Health” nəşrinin yazdığına görə, qidalanma vərdişləri və həyat tərzi arıqlama məqsədlərinə çatmağa mane ola bilər
31 iyul

Su içməyi necə vərdişə çevirmək olar? – 5 tövsiyə
Su orqanizmin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Bununla belə, bir çox insan gün ərzində tövsiyə olunan miqdarda su qəbul etmir. Qaynarinfo “BHG” nəşrinə istinadən xəbər verir ki, diyetoloqlar su içməyi gündəlik vərdişə çevirməyə kömək edəcək sadə məsləhətlər bölüşüblər. Diyetolo
13 iyul

Beyin şişlərinə qarşı yeni peyvənd xəstələrə ümid verir
Almaniyada aparılan tədqiqatda beyin şişlərinə qarşı vaksinasiya olunan xəstələrin 66 faizi səkkiz il sonra sağ qalıb. Peyvəndin məqsədi şişin təkrar yaranmasının qarşısını almaqdır. Beyin şişlərinin müalicəsi çətindir, çünki onların əməliyyatla tam götürülməsi çox nadir hallarda mümkün olur. Xəstələr
8 iyul

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?
Bəzən yorğunluq gündəlik həyatın adi bir hissəsi kimi qəbul olunsa da, hər gün davam edən halsızlıq orqanizmdə gizli sağlamlıq probleminin əlaməti ola bilər. Mütəxəssislərin sözlərinə görə, davamlı yorğunluğun əsas səbəbləri arasında qan azlığı, qalxanabənzər vəz xəstəlikləri, şəkərli diabet, B12 vitamin
1 avqust

Stomatoloqların sirri – Diş minasını zədələməmək üçün bunları edin
Gündəlik ağız boşluğu gigiyenası çox vaxt uzun illərdən qalan yanlış vərdişlər üzərində qurulur. Mütəxəssislər bildirirlər ki, sadə dəyişikliklər diş minasını qorumağa, diş əti problemlərinin və kariyesin qarşısını almağa kömək edir. Hər gün milyonlarla insan dişlərini fırçalayarkən fərqinə varmada
23 iyul

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir
Antibiotik, ağrıkəsici və digər dərmanlardan sonra orqanizmi “təmizləmək” üçün bitki çayları və detoks proqramlarına müraciət edənlər olsa da, mütəxəssislər bu üsulların əksəriyyətinin elmi əsasının olmadığını bildirirlər. xəbər verir ki, həkim Svetlana Burnatskayanın sözlərinə görə, dərmanları
1 avqust

Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər – Kardioloq açıqladı
Yüksək qan təzyiqi hər zaman nəzərəçarpan əlamətlərlə özünü göstərmir. xəbər verir ki, bu barədə RT-yə rusiyalı kardioloq Ella Vinoqradova danışıb. Həkimin sözlərinə görə, stres və ya ağrı fonunda qan təzyiqinin kəskin yüksəlməsi adətən baş ağrısı, ürəkbulanma, halsızlıq və göz önündə qaraltıların uçuşmas
5 iyul
Mənbə: Sonxeber.az