İnsan fizioloji olaraq maksimum neçə il yaşaya bilər?

0

İnsanlıq tarixində ən uzun ömür sürdüyü sənədləşdirilən şəxs 122 il 164 gün yaşayıb. Bəs qocalma prosesləri tamamilə dayandırılsa və hüceyrə səviyyəsində geri dönməz zədələr aradan qaldırılsa, insan orqanizminin maksimum ömrü neçə il ola bilərdi?

Qaynarinfo xəbər verir ki, alimlər orqanların nəzəri dözümlülüyünü və DNT-nin kopyalanması zamanı yaranan səhvləri araşdıraraq bu suala cavab axtarıblar. “Skoltech Biomed Texnologiyaları Mərkəzi” və “AIRI” tədqiqatçıları şüurun rəqəmsal mühitə köçürülməsi və ya kök hüceyrə transplantasiyası kimi nəzəri üsulları hesablamalara daxil etməyiblər. Onlar yalnız orqanların təbii davamlılığını nəzərə alaraq model hazırlayıblar.

Araşdırmada qocalmanın yaratdığı əsas zədələnmələr sıfırlanıb, yalnız hüceyrələrin bölünməsi zamanı qaçılmaz şəkildə yaranan somatik mutasiyaların təsiri öyrənilib. İdeal müqayisə nöqtəsi yaratmaq üçün xəstəlik riskinin ən aşağı səviyyədə olduğu 30 yaşlı İsveçrə vətəndaşlarının ölüm statistikalarından istifadə olunub.

Qocalmanın tamamilə dayandırıldığı və insanların yalnız bədbəxt hadisələr və ya yoluxucu xəstəliklər səbəbindən həyatını itirdiyi nəzəri ssenaridə orta ömür uzunluğu 1 759 ilə qədər yüksəlib.

İnsan ömrünü məhdudlaşdıran iki əsas orqan

Riyazi modelləşdirməyə somatik mutasiyaların yaratdığı zərərlər əlavə edildikdə məlum olub ki, insan orqanizmindəki toxumaların davamlılığı eyni deyil.

Araşdırmanın əsas nəticələrindən biri müxtəlif orqanların hüceyrə səviyyəsində müqaviməti arasında böyük fərqlərin olmasıdır. Özünü yeniləmək qabiliyyətinə malik qaraciyər kimi toxumalar mutasiyaların təsirini zəiflədərək min illərlə fəaliyyət göstərə bilər. Lakin bölünmə qabiliyyətini itirmiş neyronlar və ürək əzələsi hüceyrələri insan ömrünün qarşısında keçilməsi çətin bir sərhəd yaradır.

Yenilənmə qabiliyyəti olmayan beyin və ürək hüceyrələrinə görə, qocalma ilə bağlı bütün digər mənfi amillər aradan qaldırılsa belə, nəzəri orta ömür 1 759 ildən 156 ilə qədər azalır. Hazırlanan modelə əsasən əldə edilə biləcək ən yüksək nəzəri yaş həddi 470 il hesablanıb. Bununla belə, insan ömrünün real bioloji maksimum həddinin 146-194 il arasında məhdudlaşdığı müəyyən edilib.

Alimlərin fikrincə, gələcəkdə insan ömrünü 150 ildən də artıq uzatmağın yeganə yolu neyronların yenilənməsini təmin edə biləcək inkişaf etmiş hüceyrə müalicələrinin hazırlanmasıdır.

“NPJ Aging” jurnalında dərc olunan bu araşdırma göstərir ki, qocalma prosesi orqanizmin bütün hissələrində eyni sürətlə baş vermir. Ömrün uzadılmasına yönəlmiş tibbi tədqiqatların əsas hədəfləri məhz beyin və ürək toxumaları olmalıdır.

Sonxeber.az


Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

.

Ürək sağlamlığını qorumaq üçün bu 3 qidadan uzaq durun

Ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır. Qaynarinfo xəbər verir ki, “HuffPost” nəşrinin məlumatına görə, kardioloqlar və dietoloqlar ürək sağlamlığını qorumaq üçün qidalanmada ediləcək bir neçə sadə dəyişikliyin böyük fayda verə biləcəyini bildirirlər. Mütəxəssisləri

21 iyul

.

İnsan beynində diş çıxa bilərmi – Şok faktlar

İlk baxışda bu, qorxu filmini xatırladır. Amma təəccüblüdür ki, tibbdə həqiqətən də beyində dişə bənzər strukturların aşkar edildiyi çox nadir hallar təsvir olunub. -a istinadən xəbər verir ki, əslində, beyin özü diş yaratmır. Bunun səbəbi adətən teratoma adlanan çox nadir bir şiş növüdür. Teratomala

14 iyul

.

İnsan ömrünün son həddi açıqlandı

Bütün xəstəliklərin müalicəsi tapılsa və qocalmanı ləngidən ideal dərman hazırlansa belə, insanların əbədi yaşaması mümkün olmayacaq. “Qafqazinfo”nun məlumatına görə, rusiyalı alimlərin yeni araşdırması göstərir ki, hüceyrələrdə zamanla yığılan təsadüfi DNT mutasiyaları insan ömrü üçün aşılmas

24 iyul

.

5-dən çox yuxu pozğunluğu simptomu insult riskini kəskin artırır

Yuxu problemləri insult riskini 16% artırır. -a istinadən xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. O qeyd edib ki, insult ciddi və həyati təhlükə yaradan təcili vəziyyətdir:. “Bu

2 avqust

.

İnsult zamanı nəyi etmək, nəyi etməmək lazımdır? – VİDEO

“Baku Med” verilişinin budəfəki buraxılışında invaziv və qeyri-invaziv radiologiyadan danışılıb. İnsult nədir və hansı hallarda baş verir?. Gənclərdə insultun səbəbləri nələrdir?. Onun ilkin əlamətləri hansılardır?. İnsult zamanı ilk yardım necə göstərilməlidir?. İnsanların insult zamanı ə

18 iyul

.

Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər

Yay aylarında hovuzlardan istifadə geniş yayılsa da, gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif infeksiyalara yoluxma riski artır. xəbər verir ki, hovuza girməzdən əvvəl və çıxdıqdan sonra duş qəbul etmək, hovuz kənarında ayaqyalın gəzməmək və şəxsi dəsmal, başmaqdan istifadə etmək vacibdir. Bu

1 avqust

.

Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama

Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir. Bildirilib ki, hazırd

11 iyul

.

İti görmənin sirri açıldı: Hər şey ana bətnində başlayır

A vitamini insan orqanizmində təkcə immunitet və dəri sağlamlığı üçün deyil, həm də görmə qabiliyyətinin formalaşmasında mühüm rol oynayır. Alimlərin son araşdırması göstərib ki, bu vitaminin törəmələri insanın hələ ana bətnində olarkən iti mərkəzi görməsinin yaranmasına birbaşa təsir edir. -in məlumatın

10 iyul

.

Uzun ömür sürmək üçün nə yemək lazımdır? – Ən faydalı 11 qida

Sağlam qidalanma uzunömürlülüyün əsas amillərindən biri hesab olunur. Antioksidantlarla zəngin qidaların gündəlik rasiona daxil edilməsi iltihabı azaltmağa, hüceyrələri zədələnmədən qorumağa və xroniki xəstəliklərin inkişaf riskini aşağı salmağa kömək edə bilər. Qaynarinfo “Verywell Health”

9 iyul

Mənbə: Sonxeber.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More